Icma.az
close
up
RU
Avantüristlər üçün “İsveç nağılı”

Avantüristlər üçün “İsveç nağılı”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yaxud xoşbəxtliyi bədbəxtliyə çevirmək istəyənlərin “Cənubi Qafqaz gündəliyi”

Deyilənə görə, İsveç insan xoşbəxtliyi ölçüləri baxımından dünyada ön sıralardadır. Əlbəttə, belə deyimlər nisbidir və daim mübahisələndirilməyə açıqdır. Ən azı ona görə ki, İsveçin də yer aldığı Skandinaviya ölkələri dünyada intiharların sayına görə də liderlik edirlər. Necə düşünək? Düşünək ki, isveçlilərin xoşbəxtliyi qıcqırma fazasına daxil olub?

Bu günlərdə İsveç parlamentinin Erik Helsborn adlı deputatı Ermənistanı və erməniləri müdafiə etmək yönümlü çağırış səsləndirib. O zaman ortaya növbəti sual çıxır: Gərək, nə qədər bədbəxt olasan ki, bu cür sərsəm çağırışı dilə gətirəsən?

Həqiqətən, cənab Helsborn bədbəxtdir. Çünki ölkəsinə yaxından-uzaqdan hansısa əlaqəsi olmayan mövzuya baş vurub. Deyən lazımdır ki, bax, sənə nə düşüb ermənilərdən? Amma sualımız ritorikdir. Axı erməni lobbi və diaspor təşkilatlarının səpdikəri “xoşbəxtlik toxumları” Avropanın şimal ölkəsində də cücərməkdədir.

Görünür, bunun təsiridir ki, deputat Helsborn İsveç parlamentindəki xarici siyasət məsələləri ilə bağlı gedən diskussiyalarda bildirib ki, Qərb daha güclü Avropa sivilizasiyası və güclü Avropa naminə Cənubi Qafqaz regionunda Ermənistan demokratiyasını, insan hüquq və azadlıqlarını qorumalıdır.

Yəqin, fərqinə vardınız ki, isveçli deputat Ermənistan və havadarlarının, eləcə də erməni lobbi və diaspor təşkilatlarının ənənəvi “klişelərini” təkrarlamaqla “xoşbəxt olmağa” çalışır. Həmin “klişelər” üzrə direktivlərin haradan qaynaqlandığı məlumdur. Axı son günlər “Köhnə qitə”də Ermənistanın qorunmasının vacibliyi məsələsindəki deyimlər aktuallaşmağa başlayıb. Karyerist Helsborn isə özünü vəzifə pillərindən irəliyə getməyə kökləyib.

Bəli, hesab etmirik ki, deputat düşüncə böhranı keçirir. Məsələyə mövcud prizmadan yanaşsaq, bəlkə ona bədbəxt də demək olmaz. Çünki, bir qayda olaraq, Avropada vəzifə yüksəlişinə can atanlar ermənilərlə yaxınlıq edirlər. Mövcud tendensiya günümüz üçün də aktualdır və əsl bədbəxtlik elə budur.

Bəli, bədbəxtlik ondadır ki, Avropa, ümumən Qərb özü üçün erməni təəssübkeşliyində müqəddəslik yaradır. Burada ən pisi bu təəssübkeşliyin anti-Azərbaycan motivlərinin mövcudluğudur. Nəzərə alaq ki, deputat Erik Helsborn ölkəmizi anti-demokratik tərzdə təqdim edib. Yəni, daha bir ənənəvi “tezis” gündəmdədir. Söhbət “demokratik Ermənistanın” “avtoritar Azərbaycandan” qorunmasından gedir. Bunun Avropa sivilizasiyasının müdafiəsi ilə nə əlaqəsi?

E.Helsborn kimi “bədbəxtlər” isə əlaqə qondara bilirlər. Onlar çox asanlıqla ölkəmizi qaralamaq, nüfuzdan salmaq üçün hər cür cəfəngiyyatı tirajlamağı yaxşı bacarırlar. Şübhəsiz, erməni lobbi və diaspor təşkilatlarının səpdikləri “xoşbəxtlik toxumlarının”, belə demək mümkünsə, maddi təmənna məhsulundan faydalanıblar. Ona görə də siyasi leksikonlarını nağıllar üzərində kökləyirlər.

Əlbəttə, E.Helsbornun ölkəmiz əleyhinə dilə gətirdiyi sərsəmliklərin hamısını diqqətə çatdırmaqdan, onun tərbiyəsizliyə söykənmiş həyasızlığındakı aşkar ermənipərəstliyin bütün təfərrüatlarına diqqət yetirmək niyyətindən uzağıq. Ancaq nağıldan söz düşmüşkən, isveçli deputatın ölkəsi ilə bir coğrafi arealda yerləşən Danimarkanın məşhur yazıçı Hans Xristian Andersonun təsiri altında olduğunu söyləmək mümkündür. Bu mənada Helsbornun erməni avantürizminə yalnız nağıl dəstəyi göstərdiyini deyə bilərik.

Onu da deyək ki, hazırkı durumda nağıl dəstəyi rəsmi İrəvan üçün çox vacibdir. Çünki, əslində, ona göstəriləcək başqa dəstək yoxdur. Ermənistan və ölkənin rəhbərliyi nağıllarla bəslənir. Hərçənd, Skandinaviya nağılları bir qədər fərqlidir. Onlarda göydən üç alma düşmür, üç daş – vikinqlərin yerindən oynatdıqları daşlar düşür. Həmin daşlardan biri Helsbornun öz başına, biri təmsil olunduğu parlamentə, digəri isə Ermənistana düşür.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri