Icma.az
close
up
RU
İsveç zooloqunun unikal arxivi ABŞ dan vətəninə qaytarılıb

İsveç zooloqunun unikal arxivi ABŞ dan vətəninə qaytarılıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Stokholm, 31 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin Dünya Mədəniyyət Muzeyinə XX əsrin əvvəllərində ölkənin həşəratlar üzrə mütəxəssisi olan zooloq Erik Myöberqin elmi ekspedisiyalarına həsr edilmiş unikal arxiv daxil olub.

AZƏRTAC xəbər verir ki, gündəlikləri, sənədləri və fotoları əhatə edən kolleksiya San-Fransiskodakı Kaliforniya Elmlər Akademiyası tərəfindən muzeyə təhvil verilib və həmin dövrün ziddiyyətli tədqiqat üsullarına yeni işıq salır.

E.Myöberq 1910–1920-ci illərdə Borneo və Sumatra da daxil olmaqla Avstraliyaya bir sıra ekspedisiyalar həyata keçirib. O, təkcə zoologiya və botanikaya aid materiallar deyil, həm də yerli xalqlara məxsus əşyalar və insan qalıqları toplayıb. Bu materiallar arasında bu gün son dərəcə problemli hesab edilən nümunələr də var. Məsələn, Avstraliyada qəbiristanlıqlardan çıxardığı insan qalıqları buna daxildir. Yeni arxiv sənədləri erkən irqi-bioloji ideyaların təsirini, o cümlədən ölçmə aparılması və yerli əhalinin nümayəndələrinin şəxsiyyətsizləşdirilməsi praktikasını nümayiş etdirir. Onlara ad əvəzinə nömrələr verilib.

İcazə alınmadan çəkilmiş və vəfat etmiş insanları əks etdirən fotolar xüsusilə həssas material hesab olunur və onlarla ehtiyatla rəftar edilməsini tələb edir.

E.Myöberqin ekspedisiyalar zamanı topladığı əşyalar və insan qalıqları artıq uzun müddətdir Stokholmdakı Etnoqrafiya Muzeyində saxlanılır. Lakin ekspedisiyalarla bağlı sənədlərin böyük hissəsi indiyədək mövcud olmayıb. Arxivin San-Fransiskodakı həmkarlarının əlinə necə keçdiyi dəqiq məlum deyil. Ehtimal olunur ki, E.Myöberq onu təhsil səfərlərindən biri zamanı özü ABŞ-a aparıb.

Hazırda muzey arxivin öyrənilməsi, kataloqlaşdırılması və rəqəmsallaşdırılmasına başlayıb. Məqsəd bu materialları beynəlxalq elmi ictimaiyyətin və sənədlərdə tarixi əks olunan yerli xalqların nəslinin istifadəsi üçün əlçatan etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2026 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri