İsveçdə məktəb işçisi hücuma məruz qalıb AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Stokholm, 15 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin Upplands-Vesbü bələdiyyəsindəki məktəbin ərazisinə bir neçə polis patrulu və təcili yardım avtomobili gəlib.
AZƏRTAC xəbər verir ki, məktəb direktoru dediyinə görə, məktəbin işçisi hücuma məruz qalıb. Polisin məlumatına əsasən, zərərçəkmiş təcili tibbi yardım helikopteri ilə xəstəxanaya çatdırılıb.
Şagirdlərin və məktəb işçilərinin təhlükəsizliyi təmin edilib. Polis zərərçəkmişin iti əşya ilə xəsarət aldığını bildirir. Hücum adam öldürməyə cəhd kimi tövsif olunur və hadisəni törədən şəxs hələ ki, azadlıqdadır.
Hadisə yerində helikopter və axtarış itlərinin cəlb olunduğu böyük polis əməliyyatı aparılıb. Polis nümayəndəsi Rebekka Landberq fotosu əldə olan şübhəlinin aparıldığını bildirib. Lakin onun şəxsiyyəti hələ ki, təsdiqlənməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 Yanvar 2025 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















