İsveçdə türk tələbəyə qarşı etnik ayrıseçkilik edilib..?
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsveç Ayrı-seçkilik Ombudsmanı (DO) Fatma Zəhra S. adlı türk tələbənin təcrübə müraciətinin "Türkiyənin İsveçin NATO-ya daxil olmasına mane olması" səbəbindən rədd edilməsi ilə əlaqədar Stokholm Universitetini günahkar hesab edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İsveç dövlət radiosu SR-in xəbərinə görə, DO tərəfindən verilən açıqlamada 5 dekabr 2022-ci ildə adıçəkilən tələbə tərəfindən edilən müraciətin qiymətləndirilməsinin başa çatdığı bildirilib. Açıqlamada aparılan araşdırmalar nəticəsində tələbəyə etnik ayrı-seçkilik edildiyi müəyyənləşdirilərək Stokholm Universitetinin günahkar olduğu qeyd olunub.
İstanbul İbn Haldun Universitetinin Psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Fatma Zəhra S. Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində təcrübə keçmək hüququ qazandığı Stokholm Universitetinə 23 noyabr 2022-ci ildə müraciət etmişdi. Universitetin müəllimlərindən biri olan professor Per Karlbrinq tərəfindən idarə olunan araşdırma layihəsində iştirak etmək istədiyini bildirmək üçün müəllimə e-poçt göndərən türk tələbə ondan "Hörmətli Fatma səni qonaq etmək istərdim, lakin Türkiyə İsveçin NATO-ya daxil olmasına mane olduğu üçün müraciətini rədd etməliyəm. Üzr istəyirəm" cavabını almışdı.
Stokholm Universitetini 5 dekabr 2022-ci ildə DO-ya şikayət edən Fatma Zəhraya universitetin Psixologiya fakültəsinin sədr müavini Torun Lindholm Oymir üzrxahlıq məktubu göndərərək professor Karlbrinqin davranışının uyğunsuz və səhv olduğunu qəbul etmişdi. Türk tələbə müraciətinin həmin universitetin Psixologiya fakültəsində fərqli bir müəllim tərəfindən qəbul edildiyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 Yanvar 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















