İsveçrə Alplarında xizək turunda olan beş nəfər ölü tapılıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Vyana, 25 may, AZƏRTAC
Mayın 25-də Alp dağlarının İsveçrəyə aid hissəsində (Valiz Alpları) beş xizək turu iştirakçısının cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, alpinistlər mayın 24-də təxminən 4000 metr yüksəklikdə tur iştirakçılarını müşahidə ediblər və xilasetmə xidmətinə xəbərdarlıq göndəriblər.
Valiz kantonu polisinin verdiyi məlumata görə, beş nəfərin cəsədi Tsermatt xizək mərkəzinin yaxınlığında tapılıb. Həlak olanların şəxsiyyəti hələlik məlum deyil.
İlkin ehtimala görə, tur iştirakçıları kəskin hava şəraitində qar uçqununa məruz qalıblar. Yüksək dağlıq ərazidə bir neçə gün davam edən xizək turları ekstremal idmançılar arasında populyar olsa da, gözlənilməz hava şəraiti və qar uçqunları insan həyatına son qoya bilir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 May 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















