Icma.az
close
up
RU
İsveçrədə Azərbaycan mədəniyyəti təntənəsi: Montrö səhnəsində qala konsert

İsveçrədə Azərbaycan mədəniyyəti təntənəsi: Montrö səhnəsində qala konsert

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 sentyabr, AZƏRTAC

İsveçrədə keçirilən 80-ci “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində Azərbaycan mədəniyyətinin geniş proqramla təqdimatı davam edir. Ölkəmizin beynəlxalq yubiley festivalında fəxri qonaq kimi iştirak etməsi milli incəsənətimizin dünya miqyasında təbliğatı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sentyabrın 14-də Montrö şəhərinin məşhur “Auditorium Stravinski” səhnəsində Azərbaycan artistlərinin iştirakı ilə təntənəli qala-konsert təşkil olunub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iki hissədən ibarət proqram Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə açılıb. Əsər Fuad İbrahimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən böyük şövqlə ifa olunub.

Daha sonra orkestrin müşayiəti ilə Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, Aqşin Əlizadənin “Cəngi”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Konsert valsı” və Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” səsləndirilib.

Musiqi gecəsində Xalq artisti Alim Qasımov “Qaragilə”, Fəqan Ələsgərov (balaban) və Mədinə Şahgəldiyeva (kamança) “Sarı gəlin” xalq mahnılarını, Azərbaycan Dövlət Rəqs Ansamblı isə Eldar Mansurovun “Odlar yurdu” və “Uzundərə” rəqslərini təqdim edib.

Proqramda, həmçinin Samir Cəfərov Ü.Hacıbəylinin “Sevgili canan”, Murad Hüseynov F.Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın şənliyi”, Yusif Eyvazov F.Əmirovun “Sevil” operasından “Balaşın ariyası”, Afaq Abbasova Niyazinin “Arzu”, Ceyla Seyidova və Elvin Hoca Qəniyev Niyazinin “Rast” simfonik muğamı, Elmina Həsənova F.Əmirovun “Sevil” operasından “Dilbərin ariyası”, Əhəd Ağayev “Bayatı-Şiraz” muğamı, Sevda Ələkbərzadə İ.Sarabski və Ş.İmanovun müşayiəti ilə “Caz kompozisiyası”, Elmina Həsənova və Samir Cəfərov “Arşın mal alan” operettasından duet, Şəhriyar İmanov H.Rzayevin “Çahargah rapsodiyası”, Yusif Eyvazov və Afaq Abbasova isə T.Quliyevin “Bakı haqqında mahnı” əsərlərini səsləndiriblər.

Qala-konsert bütün solistlərin birgə təqdimatında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə yekunlaşıb.

Mədəniyyətimizin təntənəsinə çevrilən bu gecə xarici sənətsevərlərdə zəngin təəssürat yaradaraq böyük alqışlarla qarşılanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri