Icma.az
close
up
RU
İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni vətəndaşlıq kimliyi alan mühacir Şahverdi Əhədov (64 yaş) İsveçrə pasportunun ona şəxsən təqdim olunması xahişi ilə Federal Şuranın üzvünə geri göndərib.
Bu barədə İsveçrənin “20 Minuten” qəzeti xəbər yayıb.

Soydaşımız pasportun təntənəli mərasimdə - bələdiyyə və ya mer tərəfindən vətəndaşa təqdim olunmasının daha yaxşı ola biləcəyini vurğulayaraq, yerli poçt vasitəsi ilə aldığı pasportu birbaşa Federal Şuranın üzvü Beat Jansa geri göndərib. Yazdığı məktubda isə öz istəyini dilə gətirib.

İsveçrənin ədliyyə naziri olan Beat Jans Şahverdi bəyin müraciətinə cavab olaraq yazıb ki, hamı ilə eyni cür rəftar olunmalıdır. "Ona görə də sizin pasportunuzu geri göndərirəm". Yəni soydaşımızın xahişinin yerinə yetirilməsini mümkünsüz sayıb.

“20 Minuten” qəzeti yazır ki, 2007-ci ildə İsveçrəyə sığınan Şahverdi Əhədov deyib ki, ölkəyə gələndən özünü isveçrəli kimi hiss edir: "İsveçrəyə çox minnətdaram. Burada doğulan hər kəs özünü həqiqətən şanslı hesab edə bilər".

Qəzet onu da bildirir ki, soydaşımız İsveçrə Xalq Partiyasının üzvüdür. Bir sıra sosial layihələrdə iştirak edir.

Ümumiyyətlə, Şahverdi Əhədov aktiv adamdır. İsveçrə mətbuatı onun haqqında dəfələrlə məqalələr təqdim edib. O, fermerlərin yarı qiymətinə tingi ala bilməsi üçün kampaniyaya başlayıb. Əhədovun sayəsində indi İsveçrədə müxtəlif yerlərində minlərlə qoz ağacı əkilib.

Onu da qeyd edim ki, Şahverdi Əhədov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin müşaviri olub. Elə Fərhad Əliyevin həbsindən sonra da Azərbaycanı tərk edib.

Əslən cənub bölgəsindən olan Şahverdi Əhədov Bakıda olarkən taxılçılığın inkişafı ilə bağlı Heydər Əliyevə məktub yazıb. Mərhum prezidentin göstərişi ilə Fərhad Əliyev ona yüksək vəzifə verib...

Elbəyi Həsənli, 
Sürix

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri