Fərhad Əliyevin müşaviri İsveçrə pasportunu geri qaytardı ki... Qəribə olay
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeni vətəndaşlıq kimliyi alan mühacir Şahverdi Əhədov (64) İsveçrə pasportunu ona şəxsən təqdim olunması xahişi ilə Federal Şuranın üzvünə geri göndərib. Bu barədə İsveçrənin “20 Minuten” qəzeti xəbər yayıb. Soydaşımız pasportun təntənəli mərasimlə - bələdiyyə və ya mer tərəfindən vətəndaşa təqdim olunmasının daha yaxşı ola biləcəyini vurğulayaraq yerli post vasitəsi ilə aldığı pasportu birbaşa Federal Şuranın üzvü Beat Jansa geri göndərib. Yazdığı məktubda isə öz istəyini dilə gətirib.
Bakupost.az xəbər verir ki, bu barədə mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.
“İsveçrənin ədliyyə naziri olan Beat Jans Şahverdi bəyin müraciətinə cavab olaraq yazıb ki, hamı ilə eyni cür rəftar olunmalıdır. Ona görə də sizin pasportunuzu geri göndərirəm. Yəni soydaşımızın xahişinin yerinə yetirilməsini mümkünsüz sayıb.
“20 Minuten” qəzeti yazır ki, 2007-ci ildə İsveçrəyə sığınan Şahverdi Əhədov deyib ki, İsveçrəyə gələndən özümü isveçrəli kimi hiss edirdim: "İsveçrəyə çox minnətdaram. Burada doğulan hər kəs özünü həqiqətən şanslı hesab edə bilər".
Qəzet onu da bildirir ki, soydaşımız İsveçrə Xalq Partiyasının üzvüdür. Bir sıra sosial layihələrdə iştirak edir.
Ümumiyyətlə, Şahverdi Əhədov aktiv adamdır. İsveçrə mətbuatı onun haqqında dəfələrlə məqalələr təqdim edib. O, fermerlərin yarı qiymətinə ting ala bilməsi üçün kampaniyaya başlayıb. Əhədovun sayəsində indi İsveçrədə müxtəlif yerlərində minlərlə qoz ağacı əkilib.
Onu da qeyd edim ki, Şahverdi Əhədov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin müşaviri olub. Elə Fərhad Əliyevin həbsindən sonra da Azərbaycanı tərk edib”.
Asena,
BakuPost


