Icma.az
close
up
RU
Fərhad Əliyevin sabiq müşaviri İsveçrədə vətəndaşlıq aldı

Fərhad Əliyevin sabiq müşaviri İsveçrədə vətəndaşlıq aldı

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Yeni vətəndaşlıq kimliyi alan mühacir Şahverdi Əhədov (64) İsveçrə pasportunun ona şəxsən təqdim olunması xahişi ilə Federal Şuranın üzvünə geri göndərib.

Bu barədə İsveçrənin “20 Minuten” qəzeti xəbər yayıb.

Soydaşımız pasportun təntənəli mərasimdə – bələdiyyə və ya mer tərəfindən vətəndaşa təqdim olunmasının daha yaxşı ola biləcəyini vurğulayaraq yerli post vasitəsi ilə aldığı pasportu birbaşa Federal Şuranın üzvü Beat Jansa geri göndərib. Yazdığı məktubda isə öz istəyini dilə gətirib.

İsveçrənin Ədliyyə naziri olan Beat Jans Şahverdi bəyin müraciətinə cavab olaraq yazıb ki, hamı ilə eyni cür rəftar olunmalıdır. Ona görə də sizin pasportunuzu geri göndərirəm. Yəni soydaşımızın xahişinin yerinə yetirilməsini mümkünsüz sayıb.

“20 Minuten” qəzeti yazır ki, 2007-ci ildə İsveçrəyə sığınan Şahverdi Əhədov deyib ki, İsveçrəyə gələndən özümü isveçrəli kimi hiss edirdim: “İsveçrəyə çox minnətdaram. Burada doğulan hər kəs özünü həqiqətən şanslı hesab edə bilər”.

Qəzet onu da bildirir ki, soydaşımız İsveçrə Xalq Partiyasının (alm. Schweizerische Volkspartei‎Schweizerische Volkspartei, SVP) üzvüdür. Bir sıra sosial layihələrdə iştirak edir.

Şahverdi Əhədov aktiv adamdır. İsveçrə mətbuatı onun haqqında dəfələrlə məqalələr təqdim edib. O, fermerlərin yarı qiymətinə tingi ala bilməsi üçün kampaniyaya başlayıb. Əhədovun sayəsində indi İsveçrədə müxtəlif yerlərində minlərlə qoz ağacı əkilib.

Onu da qeyd edim ki, Şahverdi Əhədov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin müşaviri olub. Elə Fərhad Əliyevin həbsindən sonra da Azərbaycanı tərk edib.

Əslən cənub bölgəsindən olan Şahverdi Əhədov Bakıda olarkən taxılçılığın inkişafı ilə bağlı Heydər Əliyevə məktub yazıb. Mərhum prezidentin göstərişi ilə Fərhad Əliyev ona yüksək vəzifə verib.

Elbəyi Həsənli. Sürix

AzPost bildirir ki, Qeyd edək ki, Ş.Əhədov 1991-1997-ci illər ərzində Taxıl Məhsulları Nazirliyində, sonradan “Azərtaxıl” Dövlət Şirkətində şöbə müdiri vəzifəsində işləyib. Şirkət ləğv olunduqdan sonra 1998-2000-ci illərdə rəsmi ekspert kimi fəaliyyət göstərib. 2000-ci ildə rəsmi məktubla mərhum prezident Heydər Əliyevə müraciət edərək ölkənin taxıl ehtiyatları ilə bağlı təkliflər verib. H.Əliyev təkliflərini bəyəndiyi üçün Prezident Aparatına onun ən qısa zamanda dövlət qulluğuna alınması tapşırığını verib.

2001-ci ildə İqtisadi İnkişaf Nazirliyi yaradılarkən Ş.Əhədovun şəxsi işi Fərhad Əliyevə təqdim edilib və o, həmin nazirliyə işə götürülüb. 2005-ci ildə Fərhad Əliyevin həbsindən sonra işdən azad olunub.

Yeni təyin olunan iqtisadi inkişaf naziri Heydər Babayev Ş.Əhədova öz ərizəsi ilə işdən getmək barədə xəbər göndərib.

İşdən çıxandan sonra Ş.Əhədov “Azərbaycanda Aqrar Sektorun İnkişafına Dəstək” adlı QHT-ni qeydiyyatdan keçirib. Bir müddət QHT fəaliyyəti ilə məşğul olduqdan sonra Azərbaycanı tərk edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://azpost.info
archiveBu xəbər 01 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri