Icma.az
close
up
RU
İsveçrənin də Fransa başlatdığı kampaniyaya qoşulması Bakı və İrəvan arasındakı münasibətlərin yenidən gərginləşməsinə yönəlib DEPUTAT

İsveçrənin də Fransa başlatdığı kampaniyaya qoşulması Bakı və İrəvan arasındakı münasibətlərin yenidən gərginləşməsinə yönəlib DEPUTAT

Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İsveçrənin də Fransa başlatdığı kampaniyaya qoşulması Bakı və İrəvan arasındakı münasibətlərin yenidən gərginləşməsinə yönəlib" - DEPUTAT

"İsveçrə parlamentinin aşağı palatasında "Dağlıq Qarabağ Sülh Konfransı" adlı qətnamənin qəbul edilməsi rəsmi Bernin Azərbaycana qarşı qərəzli siyasətinin təzahürüdür".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

Deputat qeyd edib ki, İsveçrə tarixən özünü neytral statuslu ölkə kimi tanıtsa da, son dövrlərdə yaşanan hadisələr, xüsusilə, bir çox məsələlərdə açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirir:

"Onların anti-Azərbaycan ritorikası təkcə diplomatik bəyanatlarla kifayətlənmir. İsveçrə hökuməti eyni rasional yanaşma ilə beynəlxalq təşkilatlarda Ermənistanın maraqlarına uyğun layihələrin dəstəklənməsi də fəal rol oynayır. Bununla da sistemli şəkildə Azərbaycanın mövqeyi görməzdən gəlinir və rəsmi Bakıya yönəlik dezinformasiya formalaşdırılır.

Bir nüansı xüsusilə qeyd edim ki, rəsmi Bernin tək tərəfli yanaşması və İrəvanı müdafiə etməsi ölkənin beynəlxalq müstəvidə neytral imicinə ciddi xələl gətirir. İsveçrə hökumətinin Fransa və Niderlandın başlatdığı kampaniyanın fərdinə çevrilməsi və balanssız mövqe sərgiləməsi Bakı və İrəvan arasında münasibətlərin yenidən gərginləşməsinə yönəlib".

Deputat vurğulayıb ki, bəzi Avropa ölkələri, xüsusilə, Fransa, Almaniya , Niderland və İsveçrə rəsmiləri başa düşmürlər ki, Azərbaycanın torpaqlarını işğal edən, xalqımıza qarşı misli görünməmiş müsibətlər, vandalizm və qırğınlar yaşadan məhz Ermənistan olub:

"Ermənistan BMT-nin qətnamələri əsasında işğalçı dövlət kimi tanınıb. Azərbaycan isə işğala və təcavüzə qalib gəlməklə eyni situasiyadan əziyyət çəkən ölkələr üçün nümunə olub. Bu kontekstdə Ermənistana dəstək olmaq sadəcə işğalı stimullaşdırmaqdır. İsveçrə məsələyə həmfikləri kimi xristian təəssübkeşliyi prizmasından yanaşmamalıdır. Bu kimi hallar İrəvanda birmənalı olaraq revanşist meyllərin artmasına zəmin yaradır".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 18 Dekabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see246

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see239

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see237

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see234

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see178

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see156

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see151

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri