İt dişləməsindən sonra ölüm riskini artıran səhv Həkimdən mühüm çağırış
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xaçmazda 28 yaşlı kişi quduzluqdan ölüb. Hadisə Xudat şəhərində baş verib. Bizim.Media-nın məlumatına görə, sahibsiz itin iki nəfərə hücum etdiyini görən 28 yaşlı Ehtiram Rəsulov onları xilas edib. Bu zaman it onu da dişləyib.
Hadisənin 2–3 ay əvvəl baş verdiyi bildirilir. Lakin 28 yaşlı gənc müalicədən imtina edib. Bir müddət sonra onun səhhəti pisləşib və yaxınları tərəfindən Bakıya aparılıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən Ehtiram Rəsulov orada quduzluqdan vəfat edib.
Həkim-terapevt Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında bildirib ki, insan it tərəfindən dişlənibsə, mütləq quduzluğa qarşı vaksin vurdurmalıdır:
“İstər it dişləməsi, istərsə də digər heyvanların dişləməsi, o cümlədən pişik cırmaqlaması və ya dişləməsi zamanı insan mütləq quduzluğa qarşı vaksin vurdurmalıdır. Vaksin nə qədər tez vurularsa, bir o qədər pasiyentin xeyrinədir. Ağırlaşmaların və ölümün qarşısını almaq üçün vaksinasiya vacibdir. Vaksin mümkün qədər tez vurulmalıdır ki, peyvənd orqanizmdə qısa müddətdə təsir göstərsin və xəstənin həyatını xilas etmək mümkün olsun.
Vaksinlər 4 və ya 5 dəfə vurulur. Peyvəndlər 0, 3, 7 və 14-cü günlərdə, bəzi ağır hallarda isə 21-ci gün də vurulur. Xroniki xəstəlikləri olanlara 21-ci gün də mütləq vaksin vurulmalıdır. Vəfat edən gəncimiz nahaq yerə vaksin vurdurmaqdan imtina edib. Vaksin vurdursaydı, həyatı xilas olardı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 13 Oktyabr 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















