İtaliya çempionunda ağır itki Uzun müddət oynamayacaq
Icma.az, Fanat saytına istinadən bildirir.
İtaliyanın "İnter" klubunun və İsveçrə millisinin əsas qapıçısı Yan Sommer sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, 36 yaşlı isveçrəlinin baş barmağı sınıb. Ona təxminən 3-4 həftə bərpa müddəti lazım olacaq.
Sommer A Seriyasının "Cenoa", "Napoli" və "Montsa" ilə oyunlarını, İtaliya Kubokunun 1/4 finalında "Latsio" ilə matçı və "İnter"in PSV və ya "Feyenoord"la oynayacağı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşmasını buraxacağı dəqiqdir. İsveçrəli futbolçunun İtaliya çempionatında “Atalanta” ilə matçda və Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda iştirakı da sual altındadır.
Bu mövsüm Sommer "İnter"in heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 28 qol buraxıb və 19 matçda qapısını toxunulmaz saxlayıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 21 Fevral 2025 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















