Icma.az
close
up
RU
İtaliya Estoniya təmsilçisinin “Eurovision 2025”dən kənarlaşdırılmasını tələb edir

İtaliya Estoniya təmsilçisinin “Eurovision 2025”dən kənarlaşdırılmasını tələb edir

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

İtaliya Estoniya təmsilçisi TOMMY CASH-ın “Eurovision 2025”dən diskvalifikasiya edilməsini tələb edir.
 

Sfera.az bildirir ki, TOMMY CASH Bazeldə “Espresso Macchiato” mahnısını təqdim edəcək. Lakin İtaliya xalqı onun bu ideyasını bəyənməyib. Belə ki, italyanlar “Espresso Macchiato” mahnısında öz millətlərinin stereotipik təsvirindən inciyiblər.
 

İtaliyanın “Codacons” istehlakçı assosiasiyası Avropa Yayım Birliyinə müraciət edərək “ölkəni və bütün xalqı təhqir edən” bir bəstənin müsabiqədə iştirakına icazə verilməsinin məqsədəuyğun olub-olmamasına diqqət çəkib.
 

Mahnın nəqarətində: "Mafioz kimi tərlə, həyat isə spagetti kimidir - onu bişirənə qədər çətindir" - deyilir. TOMMY CASH öz trekini qırıq ingilis və italyan dillərində ifa edir.
 

Bundan əlavə, italyanlar kompozisiyada mafiyadan və dəbdəbənin nümayişindən bəhs edildiyini iddia edirlər.
Bu arada TOMMY CASH italyanları incitmək niyyətində olmadığını qeyd edib. Müğənni əlavə edib ki, İtaliyaya hörmət edir, italyan mətbəxini, dizaynını və qəhvəsini sevir, ona görə də mahnının tənqidə səbəb ola biləcəyini düşünməyib.
 

"Mən bu mahnıya çox inanıram. Bunda sehrli bir şey var. Komandamdan heç kim onun çıxmasını istəmədi, çünki o, əvvəlki mahnılarımdan çox fərqli idi, amma mən onu nənəmə ifa edəndə o, ağlamağa başladı. Elə o zaman anladım ki, bu mahnıda xüsusi bir şey var" - deyə estoniyalı ifaçı tənqidlərə cavab verib.
TOMMY CASH haqqında
 

Tomas Tammemets 1991-ci ildə Tallinndə anadan olub. Sənətçi rus qrupları ilə mahnılar yazdırıb. Onun “Eurovision 2025” mahnısını isə rusiyalı Alina Pyazok səhnələşdirir.
Bu arada bukmeker kontorları İsveçrənin Bazel şəhərində keçiriləcək “Eurovision 2025”də İsveçin qalib gələ biləcəyinə inanırlar.
 

Qalmaqala səbəb olan mahnını sizə təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Mart 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri