İtaliya Estoniyanın “alçaldıcı” Eurovision mahnısının silinməsini tələb edir
Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın Codacons istehlakçı hüquqları təşkilatı Espresso Macchiato mahnısının Eurovision Mahnı Müsabiqəsində ifasına qadağa qoyulması ilə bağlı rəsmi müraciət edib.
The Guardian-ın qeyd etdiyi kimi , təşkilat Estoniyanın mahnısının sözlərinin italyanların “qəhvə içən, spagetti yeyən mafiozlar kimi” stereotiplərini ələ saldığını vurğulayır.
Nəşrin məlumatına görə, bəstə italyan və ingilis dillərinin qarışığında ifa olunub və reper Tommi Keş səhnədə mafioz obrazını canlandırıb.
Əvvəllər məlum olub ki, 2025-ci ildə Rusiyada “İntervision” beynəlxalq musiqi müsabiqəsi keçiriləcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Parisdəki Olimpiadadan fərqli olaraq Intervision- da “insan təbiətinin təhrifləri və istehzasına” yer verməyəcəyinə söz verib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 21 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















