İtaliya millisi seçmə mərhələ ərəfəsində daha bir aparıcı oyunçusunu itirdi
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona"ya (2-7) qarşı oyununda zədələnib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
"Nyukasl"ın baş məşqçisi Eddi Hou Tonalinin qasıq və omba nahiyəsində problem yaşadığını bildirib.
Tonali, 2014-cü ildən bəri ilk dəfə dünya çempionatına vəsiqə qazanmağa çalışan İtaliya millisinin əsas oyunçusu hesab olunur. Martın 26-da italyanlar Berqamoda Şimali İrlandiyanı qəbul edəcəklər. Bu görüşdən qalib ayrılsalar beş gün sonra, Uels - Bosniya və Herseqovina oyununun qalibi ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, Tonali cari mövsümdə "Nyukasl"ın heyətində meydana çıxdığı 47 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:223
Bu xəbər 19 Mart 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















