Icma.az
close
up
RU
“İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır”

“İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır”

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Milan” rəhbərliyinin portuqaliyalı məşqçilərə qəribə sevgisi davam edir.

Zarafat deyil, “rossonyerlər”in son 4 məşqçisindən üçü portuqaliyalı olub. Amma Paulo Fonseka və Serjio Konseysaonun uğur qazana bilməməsi fonunda “Milan”ın bu dəfə Ruben Amorimlə anlaşması heç də birmənalı qarşılanmadı. Massimiliano Alleqrinin ötən mövsüm edə bilmədiyini bu dəfə Amorim etməyə və komandanı ən azı Çempiuonlar Liqasına daşımağa çalışacaq. Bu arada “Qazetta dello Sport” Paulo Fonsekadan müsahibə götürüb. Bu portuqaliyalı da iki il öncə - 2024-ün yayında böyük ümidlərlə baş məşqçi postuna gətirilmişdi. Amma onun dönəmi cəmi 6 ay çəkdi və 53 yaşlı məşqçi ilə dekabrın sonlarında yollar ayrıldı. Sözü verək Fonsekaya.
- “Milan” dönəmi, yəqin ki, xatirənizdə üzücü şəkildə qalıb.
- Bəli, ümidlərim doğrulmadı. İki il öncə qarşıma konkret hədəf qoyulmuşdu. Mənə deyildi ki, “Milan” meydanda dominantlıq etməli, topa sahib olmalı və oyunu meydanın rəqibə aid hissəsində keçirməlidi. Mən də sevindim. Çünki bu, tam mənim oyun fəlsəfəmlə üst-üstə düşürdü.
- Eyni fəlsəfəyə indi sizin həmyerliniz Ruben Amorim də əsaslanır.
- Bəli. Amma reallıq belədi ki, istənilən dəyişiklik vaxt tələb edir. Özü də İtaliyada bir komandaya bu cür oyun tərzini aşılamaq heç də asan deyil. Buna nail olmaq üçün ilk növbədə futbolçuların düşüncə tərzini dəyişmək lazımdı. Bəlkə də bir qədər özümdənrazı görünəcəm. Amma mən məhz bu yolla inamlı şəkildə irəliləyirdim. Nə ondan əvvəl, nə də ondan sonra “Milan”ın mənim dönəmimdəki kimi oynadığını görmədim.
- Söhbət təkcə oyun tərzindən getmir. Sizin dövrünüzdə parlaq qələbələr də əldə olundu. Məsələn, səfərdə “Real” üzərində 3:1-lik qələbə...
- Biz mövsümöncəsi hazırlıq dönəmini əla keçirmişdik. “Mançester Siti”, “Real”, “Barselona” kimi rəqibləri məğlub etmişdik. Eləcə də mümkün qədər gənc istedadların yolunu açmağa çalışırdıq. Məsələn, Liberali mənim dönəmimdə A seriyasında debüt etdi. Bir çox matçlarda əla oyun sərgiləyirdik. Amma bunu sabit olaraq hər matçda ortaya qoymaq üçün birincisi zaman lazım idi, ikincisi də futbolçular özləri etdikləri şeyə, gördükləri işə inanmalıydılar.
- Sizə məhz elə zaman verilmədi. Dekabrda “Roma” ilə evdəki bərabərlikdən sonra istefaya göndərildiz...
- Mən təmiz vicdanla ayrıldım. Çünki “Milan”ı dəyişmək üçün əlimdən gələni etdim. Klubun maraqları mənim üçün həmişə hər şeydən üstün idi. Asan olmasa da, son ana qədər klubu oyunçular qarşısında qorumağa çalışdım. Heç bir futbolçu “Milan”dan üstün ola bilməz! Amma İtaliyada tez-tez elə mənzərə yaranır ki, futbolçunun nüfuzu klubdan böyük olur. Mənim üçün hətta ulduz futbolçu belə əsas heyətdə oynamağa layiq deyildisə, onu ehtiyatda saxlayırdım. Buna görə çox sərt tənqidlər eşitdim. Amma dediyim kimi “Milan”ın maraqlarını qorumağa çalışdım. Ümid edirəm ki, vaxt ötdükcə hamı hər şeyi anladı. Komanda üçün meydanda canını qoymayan futbolçunu heyətdə saxlamağa dəyməz! Fikir verin, PSJ öz hədəfinə uyğun gəlməyən futbolçularla vidalaşandan sonra ardıcıl iki dəfə ÇL-i qazandı. Parisdə vaxtında başa düşdülər ki, heç kim klubdan üstün ola bilməz. Amma bunu “Milan”da indiyə qədər də başa düşüb-düşmədiklərinə əmin deyiləm...
- “Milan”ı qoruduğunuzu iddia edirsiz. Bəs “Milan” sizi qoruyurdu?
- İndi vəziyyətin necə dəyişdiyini adi bir misal ilə izah edim. Amorim Milanelloya ayaq basdıqdan sonra Kardinalenin onu şəxsən orda necə gözlədiyini və qarşıladığını gördüm. Amma mən Milana gələndə məni heç kim qarşılamamışdı.
- Geriyə boylananda Madriddəki zəfər kimi böyük qələbələrə görə fəxr hissi keçirirsiz, yoxsa uğursuz sonluğa görə üzülürsüz?
- Düzünü desəm, hər iki hissi də yaşayıram.
- İtaliyadan yenə təklif alsaz, qəbul edərsiz?
- İtaliyanı çox bəyənirəm. Amma sizin çox spesifik futbol fəlsəfəniz var və o, heç nəyə bənzəmir. Siz futbol oynamırsız, sadəcə, 90 dəqiqə müdafiə olunursuz. Amma məsələn, 90-cı dəqiqədə qələbə qolu gəldisə, deməli, hər şey əladı, siz qəhrəmansız. İtaliyada gözəl futbola dəyər verilmir. Sizin ölkədə insanları nəticədən başqa heç nə maraqlandırmır. Amma digər ölkələrdə durum fərqlidi. Ona görə də başqa bir ölkəyə gedib onun futbol mədəniyyətini dəyişmək hədsiz dərəcədə çətindi. Mən hazırda “Lion”da çalışıram və Liqa-1-də əsl futbol ehtirası hiss olunur. Bu turnir gənc istedadlarla doludu. Bu fəlsəfə mənə daha uyğundu və Fransada xoşbəxtəm. Amma gələcəyin işini bilmək olmaz. Ən azı karyeramı bitirəndən sonra İtaliyada yaşayacağım dəqiqdi. İndi özümə Komoda ev axtarıram. Amma Roma da həmişə qəlbimdə xüsusi yer tutur. Bu şəhərin gözəlliyi, insanları, mətbəxi... Orda iki gözəl mövsüm keçirdim və ilk ilimdə 70 xal topladıq. O vaxtdan bu yana “Roma” ilə 70 xal həddini yalnız ötən mövsüm Qasperrini aşa bildi.
- Portuqaliya futbol məktəbini bir sözlə xarakterizə etməli olsaz, onu necə adlandırardız?
- Maarifləndirici. Bizim ölkədə həqiqətən də gənc istedadlarla işləməyi və onları top-səviyyəyə hazırlamağı bacarırlar. Hətta risk edib deyərdim ki, Portuqaliya bu baxımdan dünyada bütün ölkələrdən üstündü!
- Gənc istedadların yetişdirilməsinin sirri nədədi?
- Hər şey güclü məşqçilərin yetişdirilməsindən başlayır. Məşqçilərin öyrədilməsi prosesi iki istiqamətdə aparılır. Bunlardan biri federasiyanın xüsusi proqramı çərçivəsində ölkənin dörd futbol universitetində həyata keçirilir. Orda məşqçilərə məhz istedadlı yeniyetmələrlə anlaşma qurmağın sirləri aşılanır. Bizdə bu işlə sabiq futbolçulardan çox peşəkar pedaqoqlar məşğul olur. Yəni gənc oğlanlar universiteti bitirəndən sonra birbaşa uşaqları çalışdırmağa gedirlər. Biz istedadların inkişafına elmi cəhətdən yanaşırıq. Bundan başqa, bir ara “Benfika”, “Portu” və “Sportinq” pul düşən kimi braziliyalıları transfer edirdilər. İndi vəziyyət dəyişib. Artıq hər kəs öz uşaqlarını yetişdirir. Bu klubların 17 yaşlı yeniyetmələri U-23 komandalarında oynayır. Çünki İtaliyadan fərqli aşağı yaş kateqoriyalı turnirlərdə bizim üçün nəticə önəm kəsb etmir. Bizi yalnız istedadları üzə çıxarmaq və inkişaf etdirmək maraqlandırır. Buna görə də cəmi 10 milyon əhalisi olan ölkə Avropanın aparıcı çempionatlarına hamıdan çox futbolçu verir.
- Sizdə gənclərin hazırlanma və məşq metodu da İtaliyadakından fərqlənir?
- Bəli. Sizin akademiyalarda oyunun özünə çox az vaxt ayrılır. Uşaqlar saatlarla topsuz qaçmaq məcburiyyətində qalır. Onlara yalnız müdafiə olunmağı və rəqibi əks-hücumda tutmağı öyrədirlər. Bizdə və İspaniyada isə akademiyada oyunçulara topa nəzarət etməyi öyrədirlər. Biz yalnız məcbur qaldıqda müdafiə olunuruq. Siz heç vaxt görməzsiz ki, “Portu” və ya “Benfika” topu rəqibə verib tam geri çəkilsin. Onların topu almaq və oyuna nəzarət etmək fürsəti yaranırsa, mütləq bunu edirlər. Bu, mentallıq məsələsidi. “Milan”da mən məhz bu düşüncə tərzini dəyişməyə çalışırdım.
- Məşqçi karyeranızın əvvəlində sizin əsas müəlliminiz kim olub? Və Joze Mounrinyonun indiyə qədər də gənc portuqaliyalı məşqçilər üçün rol-model olduğunu deyə bilərikmi?
- Konkret demək çətindi. Bəli, mən məşqçiliyə yeni başlayanda Mourinyo hamı üçün örnək idi. Axı o, faktiki vətəndən kənarda böyük uğurlar qazanmış ilk portuqaliyalı məşqçidi. Ancaq futbol dəyişib. Oyunun özü başqa cür olub. Ona görə də bu baxımdan hər şeyin əvvəlki kimi olduğunu düşünmürəm. Şəxsən mənim heyranlıq duyduğum portuqaliyalı məşqçi Jorje Jezuşdu. Ondan xüsusilə müdafiənin düzgün təşkil olunması baxımından çox şey öyrənmişəm. Amma yenə də mənim üçün bir nömrəli dahi Xosep Qvardioladı. Vaxtilə onun “Barselona”sı məni valeh etmişdi.
ƏLİ RAUFOĞLU hazırladı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 İyul 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri