Icma.az
close
up
RU
İtaliyada Qafqaz Albaniyası haqqında kitab nəşr olunub

İtaliyada Qafqaz Albaniyası haqqında kitab nəşr olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 oktyabr, AZƏRTAC

İtaliyada “Qafqaz Albaniyası itmiş çarlıq. Azərbaycanda və Şərqi Qafqazda tədqiqatlar və kəşflər” kitabı nəşr edilib.

AZƏRTAC xəbər verir ki, 2017-2021-ci illərdə İtaliyanın ölkəmizdə səfiri olmuş Auqusto Massari tərəfindən qələmə alınmış kitabda Qafqaz Albaniyası dövləti haqqında ətraflı məlumat verilir. İtalyan dilində yazılmış kitab 466 səhifə və 68 illüstrativ fotolardan ibarətdir. Kitabın yazılmasında əsas məqsəd Qafqaz Albaniyası dövlətinin tarixi, arxeologiyası, memarlığı və s. haqda məlumatların İtaliya və Avropanın digər ölkələrinin oxucu kütləsinə çatdırılmasıdır. Giriş və 13 fəsildən ibarət olan kitabda Qafqaz Albaniyası ilə Roma imperiyası arasındakı əlaqələrdən tutmuş ermənilərin Qarabağda törətdikləri vandalizm aktlarına dair faktlar öz əksini tapıb. Kitabın ərsəyə gəlməsində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov yaxından kömək göstərib. Şöbə müdirinin səfirlə birgə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Gədəbəy və Qarabağ bölgələrinə səfərləri təşkil edilib. Həmin regionlarda Qafqaz Albaniyasına aid yaşayış yerlərinə, arxeoloji tədqiqat sahələrinə, məbədlərə, alban xristian irsi və memarlıq abidələrinə birgə baxış keçirilib və dolğun məlumatlar əldə olunub.

Kitabda bu bölgələrdə mövcud alban abidələri və memarlıq nümunələri haqqında məlumatlar və tarixi faktlar səfir Auqusto Massarinin müstəqil fəaliyyətinin nəticəsi olaraq təqdim edilir.

“Qafqaz Albaniyası itmiş çarlıq. Azərbaycanda və Şərqi Qafqazda tədqiqatlar və kəşflər” kitabı XXI əsrdə Qafqaz Albaniyası dövlətinin tarixi, arxeologiyası və memarlığı haqqında dünya ictimaiyyətinə təqdim olunmuş ilk nümunə kimi qəbul edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri