Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Qafqaz Albaniyası xalqımızın tarixi dövlətidir

Qafqaz Albaniyası xalqımızın tarixi dövlətidir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Qarabağın xristian irsi ətrafında mübahisə əsassızdır

Dünən Media və Yayım Şurasının təşkilatçılığı ilə media nümayəndələri üçün tarix elmləri doktoru Həsən Həsənovun təqdimatında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirildi.

Seminarın açılış mərasimində çıxış edən Media və Yayım Şurasının rəsmisi Natiq Məmmədli mövzunun kifayət qədər aktual olduğunu və media mənsubları üçün faydalı olacağını qeyd etdi. Tarix elmləri doktoru, Həsən Həsənov jurnalistlərə müraciətlə dedi ki, seminarın mövzusu tariximizə, qədim irsimizə və bir zamanlar mövcud olmuş Qafqaz Albaniyası dövləti ilə bağlı faktların cəmiyyətə çatdırılması məqsədi daşısa da, təkcə tarixə aid müzakirələr kimi qəbul edilməməlidir.

Erməni yalanının düzgün cavabı

Qafqaz Albaniyasının müasir azərbaycanlıların doğma dövləti olduğunu vurğulayan H.Həsənov bildirdi ki, sovet dövrü tarixşünaslığında Qafqaz Albaniyası və Atropatena dövlətlərinin eyni vaxtda – bizim eradan əvvəl IV əsrdə yarandığı fikri qəbul olunub: “Bu o deməkdir ki, Qafqaz Albaniyası ilə Atropatena arasında heç bir qohumluq əlaqəsi yoxdur. Lakin bu fikir həqiqəti əks etdirmir. Əslində, Atropatena bizim eradan əvvəl IV əsrdə Makedoniyalı İsgəndərin imperiyası dağılanda yox, Assuriya imperiyası dağılanda yaranıb. Mənbələrin təsdiqi – elmdə buna verifikasiya deyilir – göstərir ki, həqiqətən də Atropatena bizim eradan əvvəl IV əsrdə deyil, VII əsrdə yaranıb. Qafqaz Albaniyasının bizim eradan əvvəl IV əsrdə yaranması barədə mənbələrdə heç bir məlumat yoxdur. Elmdə iki ifadə var: mənbə və tədqiqat. Bunlar tamamilə fərqli məsələlərdir. Mənbə qədim yazılar, hadisələrdən xəbər verən qaynaqdır. Tədqiqat isə hazırkı tədqiqatçıların, araşdırmaşıların əsərləridir”.

H.Həsənov qeyd etdi ki, Atropatena bizim eradan əvvəl VII əsrdə yarananda Qafqaz Albaniyası onun tərkib hissəsi, əyaləti, alban adlı tayfanın yaşadığı məskən idi: “Təxminən 700 il – bizim eradan əvvəl VII əsrdən eramızın I əsrinədək alban torpağı alban əhalisi ilə birgə Atropatenanın tərkibində idi. Ancaq I əsrdə onlar hansısa səbəblərdən Atropatenanın tərkibindən çıxıblar və müstəqilliklərini elan ediblər. Ermənilərə veriləcək bir nömrəli cavab budur. Yəni Qafqaz Albaniyası göydəndüşmə dövlət deyil. Qafqaz Albaniyası Atropatenanın törəməsidir”.

H.Həsənovun sözlərinə görə, alban sözünün özü türk mənşəlidir, mənası “qəhrəman” deməkdir. Tarixçi alim görkəmli memar və tarixçi Davud Axundovun bütün alban məbədlərini tədqiq etdiyini diqqətə çatdırdı: “Onun gəldiyi nəticə budur ki, Albaniya ərazisində olan bütün abidələr alban sivilizasiyasının məhsuludur. Hətta bir çox hallarda bu abidələrin türk ənənələri ilə bağlılığı barədə qənaətə də gəlinib. Təəssüf ki, ermənilər tərəfindən alban məbədlərinin saxtalaşdırılması halları çoxdur”. Tarixçi alim vurğuladı ki, azərbaycanlıların tarixi ermənilərin tarixindən daha əsaslıdır: “Bizdə olan mənbələr ermənilərdə yoxdur. Ermənilər özlərindən tarix düzəldib, özlərini də, dünyanı da buna inandırıblar. Bizim isə tariximiz və mənbələrimiz var. Amma nə özümüzü, nə də dünyanı inandıra bilirik”.

Çində türkəsilli alban xalqı yaşayır

Ermənilərin albanların erməni olduqlarını iddia etdiklərini, həmçinin bir sıra digər xalqların alban irsinə iddia etdiklərini bildirən tarixçi alim dedi: “Ancaq türk xalqları yeganə xalqlardır ki, onların tərkibində qədim dövrdən bu günədək alban adlı tayfalar var. Nə ermənilərin, nə də digər xalqların tərkibində alban adlı tayfa yoxdur. Heç vaxt da olmayıb. Bilirsiniz ki, Çində uyğurlar yaşayırlar. Hazırda Çində uyğurlardan bir qədər aralıda alban adlı adlı türkəsilli xalq yaşayır. Qazaxıstanda da müəyyən rayonlarda albanlar yaşayırlar. Bu məqam bizim üçün aparıcı amil olmalıdır”.

H.Həsənovun daha sonra səsləndirdiyi fikirlər də diqqəti cəlb edir: “1924-cü ildə Moskvadan rus şərqşünaslıq məktəbinin banilərindən olan Vasili Bartoldu dəvət edirlər ki, gəl, Azərbaycan tarixi ilə maraqlan. O gəldi və belə bir formul müəyyənləşdirdi ki, müasir Azərbaycanın ərazisində XII əsrədək türkəsilli əhali olmayıb, farsəsilli olublar. Guya, biz hamımız – müasir azərbaycanlılar farsdan dönmə bir xalqıq. 1925-ci ildə Moskvadan Sısoyev soyadlı daha bir alim göndərdilər. O da Azərbaycan tarixini yazdı və iddia etdi ki, Atropatena Makedoniyalı İsgəndər imperiyası dağılanda yaranıb. O, Atropatı da, torpağı da, əhalini da farsəsilli çıxardı. Bu “möhür” vuruldu. 1961-ci ildə Bakıda azərbaycanlılar tərəfindən Azərbaycan tarixi yazıldı. Azərbaycan Elmlər Akademiyasının çap etdirdiyi kitabda yazıldı ki, səlcuqların gəlişinə, yəni XII əsrədək Azərbaycanın əhalisi farsəsilli idi və biz fars dilində danışırdıq. Bu da farslara iddialar üçün əsas verir. İranda yerindən duran deyir ki, Azərbaycan qayıt yerinə. Yəni sən İransan. Bu halda ki, Atropatena bizim eradan əvvəl 612-ci ildə yanandan nə fars sözü, nə də dövləti var idi. Nə erməni sözü, nə də erməni dövləti var idi. Sonrakı dövrlərdə bu ərazi müəyyən müddət Fars imperiyasının tərkibində olub. Amma bu hadisələr sonradan baş verib”.

H.Həsənov bildirdi ki, 1984-cü Ermənistan Elmlər Akademiyası Musa Kalankatlının əsərini yenidən nəşr edib və bu nəşrdə tamamilə yeni konsepsiya irəli sürülüb: “Yeni konsepsiya da ondan ibarət idi ki, nə Qafqaz Albaniyası adlı dövlət, nə də xalq olub. Bu, sadəcə, “böyük Ermənistan”ın bir əyaləti olub. Bax, o qırğın 1984-cü ildə başladı. Bununla da 1988-ci il hadisələrinə doğru ilk addımı atmış oldular. Əvvəllər də başqa addımlar atmışdılar, amma elmdə bunu ilk dəfə 1984-cü ildə etdilər. 1988-ci ildə məlum hadisələr başlayanda Azərbaycan elmi də, ictimaiyyəti də informasiya mübaribəsinə, milli maraqlarımızı müdafiə etməyə hazır deyildi. Biz əvvəlcə informasiya müharibəsində uduzduq, sonra isə yavaş-yavaş torpaqlarımız əldən getdi”.

Qarabağ münaqişəsi bitib

Həsən Həsənovun sözlərinə görə, Qarabağ problemi özünün siyasi aktuallığını hələ də qoruyub saxlayır: “Məsələnin əsas mahiyyəti bundadır. Qarabağ və Şərqi Zəngəzura bu yaxınlarda diplomatik korpusun həyata keçirdyi səfərə Ermənistanda böyük reaksiya verdilər. Bu reaksiya nə deməkdir? O deməkdir ki, Ermənistanda hələ də bizi öz torpağımızın sahibi saymırlar. Onların nə işinə qalıb ki, biz Qarabağa kimi aparırıq? “Matenadaran”ın direktoru ortaya kitablar qoyacaqlarını deyir. O kitabların heç birində alban sözü yoxdur. Buna görə də biz işimizi davam etdirməliyik. Hərbçilərimiz öz missiyalarını yerinə yetirdilər. İndi sizin növbənizdir. Qarabağ uğrunda mübarizəni siz davam etdirməlisiz. Bu mövzu qəzet səhifələrindən, televiziya efirlərindən, digər media orqanlarının gündəmindən düşməməlidir. Qarabağ problemi barədə məlumatlar bu gün də aktualdır və tarixi deyil, siyasi məna daşıyır. Tarixdən yazdığınız yazının mahiyyəti bugünkü siyasətə cavabdır. Ermənilər Qafqaz Albaniyası irsinə nə qədər iddia etsələr, o qədər də jurnalistlərimiz yazılar yazmalı, bu iddiaların əsassız olduğunu ortaya qoymalıdırlar”.

Seminar daha sonra sual-cavab formasında davam etdirildi və bu cür məclislərin gələcəkdə də davam etdiriləcəyi vurğulandı.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri