Icma.az
close
up
RU
Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Qədim dövlətçilik ənənələrinə, zəngin tarixi və mədəni irsə malik Azərbaycan dünya tarixində özünəməxsus yer tutur. Ərazidə tarixin müxtəlif dövrlərində yaranmış dövlətlər və mədəniyyətlər Azərbaycanın çoxqatlı tarixinin formalaşmasında mühüm rol oynayıb. Şübhəsiz ki, adı yazılı mənbələrdə eramızdan əvvəl 4-cü əsrdən etibarən çəkilən Qafqaz Albaniyası xüsusi çəkiyə malikdir. AMEA-nın məlumatlarına görə, əslində bu dövlətin formalaşması daha qədim dövrlərə qədər gedib çıxır. Arxeoloji qazıntılar və əldə edilən tapıntılar da sübut edir ki, Azərbaycan ərazisində Albaniya dövlətinin yaşı 3 min ildən çoxdur. Əgər tarixi mənbələrə və xəritələrə baxsaq, Albaniya dövlətinin ərazilərinin Kür çayından şimalda yerləşən torpaqlar, Qarabağ və Azərbaycanın şimal-qərb bölgələri ilə bağlı olduğunu görərik. Tarixi vilayətlər arasında Uti, Arsak, Şəki, Qəbələ və digər bölgələrin adına rast gəlmək mümkündür ki, onların bir qismi bu gün də öz tarixi adlarını qoruyub saxlamaqdadır. 4-cü əsrdən başlayaraq xristianlığın yayılması və Albaniyada bu dinin dövlət səviyyəsində qəbul olunması ölkənin müxtəlif ərazilərində xristian məbədlərinin inşasına və dini icmaların formalaşmasına səbəb oldu. O dövrlərdə müxtəlif ərazilərdə inşa edilən kilsə və monastırlar dini və mədəni həyatın əsas mərkəzlərinə çevrildi. Yəni, Albaniyada xristianlığın qəbulu memarlığın inkişafına və bu irsin günümüzədək gəlib çatmasına zəmin yaratdı. Albaniyada formalaşan dini memarlığın mühüm hissəsi Qarabağda meydana gəlib və Alban xristian irsinin əsas mərkəzlərindən birinə çevrilib. Məsələn, Kəlbəcərdə 6-7-ci əsrlərdə inşa edilən Xudavəng, Laçında 5-6-cı əsrlərə aid Ağoğlan kilsəsi, orta əsrlərə aid Havaptuğ məbədi ilə yanaşı, Gəncəsər monastırı, Yeddi Qapı monastırı, Piçənis alban məbədini misal çəkə bilərik. Bundan əlavə, Qax rayonunda Kürmük məbədi, Qum kəndində 6-cı əsrə aid məbəd, Güllük kəndində 7-ci əsrə aid alban kilsəsi mövcuddur. Zaqataladakı məşhur Pəriqala da alban məbədi sayılır. Qədim Qəbələnin isə Albaniyanın paytaxtı olması tarixi faktdır. Nic, Əmilli, Çuxur Qəbələ kəndlərindəki abidələr, Komrad dağı və digər qədim məbəd qalıqları var. Şəkinin Kiş kəndində, orta Zəyzid kəndində də alban memarlıq nümunələri kifayət qədərdir. Bundan əlavə, Qax və digər rayonlarda da kifayət qədər kilsə və məbədlər mövcuddur.

Göründüyü kimi, abidələr müxtəlif əsrlərə aiddir və söhbət bir dövrdə yaranmış müxtəlif tikililərdən yox, əsrlər boyu davam edən Alban mədəniyyətindən və irsindən xəbər verir.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin azad edilmiş torpaqlara son səfəri Ermənistandakı revanşist qüvvələrin və ümumilikdə reallıqlarla hələ də barışa bilməyən erməni cəmiyyətinin isterikasına səbəb olub. Sayca 22-ci səfər olan bu səfərin ermənilərdə bu qədər təşviş və əks-səda yaratması diplomatik korpusun geniş heyətlə təmsil olunması, xüsusilə də, Qərbin siyasi elitasının ön planda dayanması ilə bağlıdır.

Belə ki, 58 ölkə, 9 beynəlxalq təşkilatdan 150 nəfərlik nəhəng heyətin tərkibində ABŞ, Fransa, Almaniya, Avropa İttifaqı səviyyəsində diplomatların səfərə xüsusi ovqat qatması, Azərbaycanın legitim ərazilərində mövcud vəziyyəti və həqiqətləri etiraf etmələri Ermənistan cəmiyyətinin qıcıqlarını tarıma çəkib. Bu səfər dünya birliyinə və ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu konkret olaraq faktlaşdırdı, legitim yekun möhürünü vurdu.

Gəncəsər və Xudavəngin, habelə Qafqaz Albaniyasından qalmış digər tarixi abidələrin erməni irsi kimi təqdim edilməsi, Azərbaycan ərazisində tarixən ermənilərin məskunlaşması və müasir Ermənistan ərazisində guya azərbaycanlıların yaşamamasına dair təbliğat, irqçi yanaşma ifşa edildi.

Eyni zamanda, qonaqlar əsrlər boyu öz dədə-baba torpaqlarında yaşamış Qərbi Azərbaycanlıların min illər ərzində yaratdığı mədəni irsi darmadağın etmiş Ermənistanın dözümsüzlük və irqçilik mahiyyətini anlamağa başlayır.

Diplomatlar Qarabağda Qafqaz Albaniyasının tarixinin və irsinin canlı şahidi olmaqla, oradakı abidələrin Azərbaycan dövlətinə və xalqına məxsusluğuna, dövlət tərəfindən ən yüksək səviyyədə və məsuliyyətlə qorunduğuna tamamilə əmin oldular. Bu isə Ermənistanın Qafqaz Albaniyası irsinə və digər tarixi abidələrə irqçi yanaşmasının, inkar siyasətinin iflası deməkdir.

Uzun illər Qarabağın tarixi-mədəni-dini irsi, toponomiyası ilə bağlı özününküləşdirmə aktı həyata keçirən ermənilərin Qərbdə və dünya miqyasında apardığı saxta təbliğat və mif darmadağın oldu. Erməni cəmiyyətində dərin sarsıntı yaradan da məhz diplomatların ziyarət zamanı 30 illik yalanı rədd edərək əsl tarixi gerçəkliklərlə razılaşması, Azərbaycanla həmrəyliyik nümayiş etdirməsidir.

Ermənistan isə öz növbəsində diplomatik korpusun xoşməramlı səfərinə, obyektiv baxış və düşüncələrinə qarşı qəbuledilməz ritorika sərgiləyərək növbəti dəfə ikiüzlü simasını nümayiş etdirdi.

Əlbəttə, bu, Azərbaycanın suveren ərazisinə və daxili işlərinə qarışmaqdır, kobud müdaxilədir və erməni cəmiyyətinin xarici diplomatları kəskin tənqid atəşinə tutması bütün etik normaları, beynəlxalq sivil qaydaları aşmaq deməkdir.

Təəccüb doğurmayacaq hal isə Ermənistan hakimiyyətinin də revanşist qüvvələri dəstəkləməsidir. Müxalifətin reaksiyası məlumdur, ancaq Azərbaycanla sülh prosesini aparan, Azərbaycanın açdığı regional kommunikasiyalar sayəsində “müstəmləkəçilikdən” qurtulmağa çalışan Ermənistanın bəzi rəsmilərinin davranışı anlaşılan deyil. Bu zərərli və kinli kampaniyanın arxasında hakimiyyətin dayanmasına dair məlumatların öz təsdiqini tapması isə İrəvanın yeni qurulan qonşuluqda hansı səmimiyyətə, xarakterə malik olmasını əks etdirir. Bu həm də sülh prosesinə qəsdən zərbə endirmək niyyətinə xidmət edən təxribatçı fəaliyyətlərdir.

Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda dalğalanan şanlı üçrəngli bayrağımız Azərbaycanın gücünün və tarixi Zəfərimizin ən parlaq nümayişidir. Ermənistan cəmiyyəti nəhayət anlamalıdır ki, Azərbaycanın regionda yaratdığı reallıqları nə revanşist çağırışlarla, nə siyasi manipulyasiyalarla, nə də sosial şəbəkələrdə aparılan kampaniyalarla dəyişmək mümkün deyil. Azərbaycan öz gücü, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Azərbaycanın müasir tarixinin bu qürurverici səhifələrini dəyişmək, yalanları həqiqət kimi qəbul etdirmək mümkünsüzdür. Azərbaycan hazırda dünyaya təqdim etdiyi sülh təcrübəsi ilə diqqətdədir

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri