Icma.az
close
up
RU
İtaliyalı analitik: Rəsmi Roma Bakı ilə Brüssel arasında dialoqun möhkəmləndirilməsində maraqlıdır

İtaliyalı analitik: Rəsmi Roma Bakı ilə Brüssel arasında dialoqun möhkəmləndirilməsində maraqlıdır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

İtaliya ilə Azərbaycan arasında münasibətlər tarixi köklərə söykənən və getdikcə çoxşaxəli olan strateji tərəfdaşlıq nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə italiyalı analitik, postsovet geosiyasəti mütəxəssisi Françesko Randazzo deyib.

O qeyd edib ki, İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk səfəri ikitərəfli dialoqun yeni səviyyəsini bərqərar edən mühüm siyasi hadisə olub. Sercio Mattarellanın son səfəri tarixi əlaqələri və əməkdaşlığın hazırkı dinamikasını əks etdirən bu tərəfdaşlığın ardıcıllığını və dərinliyini bir daha təsdiqləyir.

Analitik vurğulayıb ki, iki ölkə arasında diplomatik münasibətlərin formal başlanğıcı Azərbaycan müstəqillik əldə etdikdən az sonraya - 1992-ci ilə təsadüf edir. Lakin onun fikrincə, münasibətlərə əsl təkan 1997-ci ildə Prezident Heydər Əliyevin Romaya səfəri zamanı verilib. Məhz həmin vaxt siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafının əsasını qoyan ilk mühüm sazişlər imzalanıb.

Françesko Randazzo enerji sahəsində əməkdaşlığın onilliklər ərzində İtaliya-Azərbaycan tərəfdaşlığının təməl daşı olaraq qaldığını vurğulayıb. İtaliya uzun müddətdir ki, ilk növbədə neft və neft məhsullarının idxalı hesabına Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İtaliya şirkətləri “Əsrin müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi kimi layihələrin həyata keçirilməsində mühüm rol oynayıb. Daha bir əhəmiyyətli addım Cənub Qaz Dəhlizini tamamlayan və Azərbaycan qazının İtaliya bazarına birbaşa tədarükünü təmin edən Trans-Adriatik Boru Kəmərinin tikintisi ilə bağlı 2013-cü ildə qəbul edilmiş qərar oldu. Analitikin fikrincə, bu layihə təkcə İtaliyanın deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayan Azərbaycanın strateji təchizatçı statusunu möhkəmləndirib.

Ekspert qeyd etdiyi kimi, son illər əməkdaşlığın şaxələndirilməsi istiqamətində aydın tendensiya müşahidə olunur. 2017-ci ildən müdafiə və təhlükəsizlik əlaqələri intensivləşib və 2023-cü ildə İtaliyanın “Leonardo C-27J” taktiki-nəqliyyat təyyarələrinin Azərbaycana tədarükü ilə bağlı müqavilənin imzalanması ilə yekunlaşıb. Randazzonun sözlərinə görə, bu hadisə ölkələr arasında artan etimadı və tərəfdaşlığı ənənəvi çərçivələrdən kənara çıxarmaq istəyini nümayiş etdirən mühüm mərhələni qeyd edir.

Analitikin fikrincə, ikitərəfli münasibətlərin humanitar aspekti də mühüm rol oynamağa başlayır. Bu kontekstdə o, akademik və mədəni mübadilələrin inkişafını nümunə göstərib. Ən əlamətdar təşəbbüs İtaliyanın aparıcı universitetlərinin iştirak etdiyi Bakıdakı İtaliya-Azərbaycan Universiteti layihəsidir. Bu təşəbbüs tərəfdaşlığın humanitar komponentini gücləndirməklə yanaşı, həm də İtaliyanın regionun davamlı inkişafına və beynəlxalq əməkdaşlığa yönəlmiş yeni nəsil mütəxəssislərin hazırlanmasına marağını nümayiş etdirən “yumşaq güc” aləti rolunu oynayır.

Françesko Randazzonun sözlərinə görə, Prezident Mattarellanın Azərbaycana hər iki səfərinin gündəliyi ölkələr arasında münasibətlərin çoxşaxəli xarakterini əks etdirib. İtaliya-Azərbaycan iqtisadi forumları, sənaye obyektlərinin açılışında iştirak, akademik dairələrlə təmaslar bunun standart siyasi dialoq olmadığını, uzunmüddətli perspektivə malik strateji tərəfdaşlığa çevrildiyini vurğulayır. Bu səfərlər zamanı gənclərə, bilik mübadiləsinə, mədəni qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib ki, bu da ekspertin fikrincə, ikitərəfli münasibətlərin mükəmməl və sabit olduğunu nümayiş etdirir.

İtaliyalı analitik ikitərəfli münasibətlərin qlobal kontekstini vurğulamağı da vacib hesab edib. O, İtaliyanın Bakı ilə Avropa İttifaqı arasında dialoqun gücləndirilməsində maraqlı olduğuna inanır və bildirir ki, bu kontekstdə Azərbaycana Cənubi Qafqaz və Mərkəzi Asiyada əsas tərəfdaş kimi baxılır. O, İtaliya diplomatiyasının regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səyləri fəal şəkildə dəstəklədiyini də bildirib.

Randazzo avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamənin imzalanmasının tarixi əhəmiyyətini də qeyd edib. Bu sənəd ərazi bütövlüyünün qarşılıqlı tanınması, güc tətbiqindən imtina, diplomatik münasibətlərin qurulması, Azərbaycanın əsas hissəsini Ermənistan vasitəsilə Naxçıvanla birləşdirəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Randazzonun sözlərinə görə, regionda bir çox ölkələrin münaqişələrə qərq olduğu və diplomatik həllə meylli olmadığını nümayiş etdirdiyi bir vaxtda İtaliya bunu əlamətdar hadisə kimi qiymətləndirir.

Ekspert açıqlamasının sonunda vurğulayıb ki, İtaliya-Azərbaycan münasibətləri hazırda təkcə enerji deyil, həm də müdafiə, mədəniyyət, elm və təhsil sahələrini əhatə edən etimad və qarşılıqlı fəaliyyətin rekord səviyyəsinə çatıb. O, qlobal çağırışlar fonunda İtaliyanın Azərbaycana regionda strateji təsir potensialına malik həlledici tərəfdaş kimi baxdığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri