Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Parlamentari: Brüssel Bakı ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır

Parlamentari: Brüssel Bakı ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar regional və qlobal aktorların maraq balansına da öz təsirini göstərib. Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bölgədə formalaşan reallıq, eyni zamanda Bakı ilə beynəlxalq tərəfdaşlar, xüsusilə də Avropa İttifaqı(Aİ) arasında münasibətlərin yeni mərhələyə keçidini aktuallaşdırıb. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və sabitlik təşəbbüsləri fonunda Azərbaycanın strateji rolu daha da önə çıxır. Avropa İttifaqı ilə artan siyasi dialoq və iqtisadi əməkdaşlıq istiqamətində atılan addımlar, həm Bakının sülh gündəliyinə marağın artdığını, həm də tərəflər arasında qarşılıqlı maraq əsasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçməkdə olduğunu göstərir.

Eyni zamanda Azərbaycan və Ermənistan arasında əldə edilən sülh razılaşmaları Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqının Avropa Şurasındakı nümayəndəliyinin yaydığı bəyanatda da vurğulanır ki, tərəflər arasında razılaşdırılmış addımlar regionda davamlı sülhə və ortaq rifaha töhfə verəcək. Xüsusilə 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan üçtərəfli sənəd bu istiqamətdə ciddi irəliləyiş kimi dəyərləndirilir. Aİ sülh sənədinin tezliklə imzalanmasını və ratifikasiyasını vacib sayır, çünki bu, suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında münasibətlərin tam normallaşmasına zəmin yaradır. Eləcə də vurğulanır ki, bu çərçivədə Bakı ilə Brüssel arasında əməkdaşlıq yeni reallıqlara uyğun şəkildə daha da inkişaf etdirilməlidir.


Millət vəkili, siyasi elmlər doktoru Rizvan Nəbiyev Sherg.az-a yaranan yeni reallıqların fonunda Avropa İttifaqı və Azərbaycan münasibətləri barəsində açıqlama verib:


"Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnən II Qarabağ müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıq Avropa İttifaqı-Azərbaycan və Avropa İttifaqı-Cənubi Qafqaz münasibətləri üçün də əlavə imkanlar yaradıb.

Azərbaycan uzun illərdir malik olduğu qaz və neft resursları, eləcə də alternativ ixrac marşrutları ilə Avropa İttifaqının enerji təhlükəsizliyinin və bunun vasitəsilə 8 Aİ üzvü dövlətin milli təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verməkdədir. Avropa İttifaqının etibarlı enerji təchizatçısı kimi qəbul olunan Azərbaycanla əməkdaşlığı yeni siyasi reallıq, Bakının sülh gündəliyinin tələblərinə uyğun və malik olduğu siyasi-qtisadi çəkiyə adekvat olaraq təftiş olunmalıdır.

2024-cü ilin dekabrından fəaliyyətə başlayan Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyenin ikinci kabineti Azərbaycanla əməkdaşlığın intensivləşdirilməsinə maraq göstərir. Son aylar Brüssel və Bakı arasında həyata keçirilən yüksək səviyyəli dialoq bunu bir daha təsdiqləyir. Belə ki, cari ilin aprel ayında Avropa İttifaqının Təhlükəsizlik və Xarici Siyasət məsələlərinə məsul olan Aİ komissiyasının vitse-prezidenti Kaya Kallas Bakıya səfər etdi. O, Azərbaycan Prezidenti İlham Əliyevlə geniş siyasi dialoq apardı. Ölkəmizə qarşı qərəzi və qeyri-obyektiv mövqeyi ilə seçilən sələfi Borreldən sonra xanım Kallasın uzun müddətli fasilədən sonra Bakıya səfər etməsi Avropa İttifaqının klişelərlə dolu yanaşmasında dəyişiklik etmək niyyəti kimi dəyərləndirilə bilər.

Bundan sonra, may ayında Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tirana şəhərində baş tutan zirvə görüşü çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta və Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyen ilə Prezident İlham Əliyev arasında ətraflı fikir mübadiləsi həyata keçirildi. 

Bu günlərdə isə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gəldi, müxtəlif sahələr, o cümlədən nəqliyyat-kommunikasiya üzrə fikir mübadiləsi aparıldı. Bu onu göstərir ki, Brüssel Bakı ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır. Azərbaycan Prezidentinin sülh gündəliyi, Azərbaycanın malik olduğu, oynadığı sabitləşdirici funksiya Brüsseldə diqqətlə izlənilir və nəhayət real reaksiyalar özünü göstərir. 

Bakıya intensivləşən səfərlərə də bu kontekstdən yanaşmaq lazımdır. Həmçinin Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla uğurlu dialoqu, Vaşinqton sülh sammiti və imzalanan üç tərəfli Birgə bəyanat da Brüsseli öz mövqeyində obyektiv reallığın qəbulu istiqamətində korrektə etməyə məcbur edir".


Deputat Avropa İttifaqının eyni zamanda Mərkəzi Asiya dövlətləri ilə iqtisadi münasibətlərini intensivləşdirməkdə maraqlı olduğunu söyləyib:

"Avropa İttifaqı "Global Gateway“ (Qlobal keçid və ya körpü) layihəsi çərçivəsində həmçinin Mərkəzi Asiya dövlətləri ilə növbəti illərdə münasibətlərini yeni səviyyəyə qaldırmağı nəzərdə tutub. 2021-2027-ci illəri əhatə edən və 300 milyard avro dəyərində qiymətləndirilən “Global Gateway” layihəsi infrastruktur, rəqəmsallaşma, yaşıl enerji və digər sahələrdə dünyanın müxtəlif bölgələri ilə Avropa İttifaqı arasında münasibətlərin yeni səviyyəyə qaldırılması, müasir texnologiyalar əsasında keyfiyyətcə təkmilləşdirilməsini özündə ehtiva edir.

Azərbaycanım coğrafi mövqeyi və malik olduğu resurslarla yaratdığı yeni siyasi reallıqlar həm region dövlətləri, həm də regiona maraq göstərən digər aktorlar üçün geniş əməkdaşlıq imkanları təklif edir. Bu İran İslam Respublikasına da, Rusiya Federasiyasına da və digər aktorlara da aiddir. “Global Gateway” layihəsi eyni zamanda Çinin “Bir Kəmər-Bir Yol” layihəsi ilə müəyyən mənada rəqabət təşkil etsə də, onun məhz Zəngəzur və Azərbaycan ərazisindən keçən dəhlizlərlə əlaqələndirilməsi və uyğunlaşdırılması imkanları mövcuddur. Çünki Avropa İttifaqı Mərkəzi Asiyada həyata keçirdiyi layihələrlə növbəti illərdə öz iqtisadi münasibətlərini həm Mərkəzi Asiya dövlətləri, həm də Çinlə intensivləşdirməyi nəzərdə tutur. Nəzərdə tutulan xammalın və malların Avropa İttifaqına alternativ yollarla idxalında Azərbaycanın yaratdığı nəqliyyat-logistika sahəsindəki infrastruktur layihələri və planlaşdırılmaqda olan Zəngəzur dəhlizinin əhəmiyyəti bir az da artacaq. Bu kontekstdə nəzərə almaq lazımdır ki, Brüssel 2030-cu ilədək Mərkəzi Asiya dövlətlərinə 12 milyard avro dəyərində investisiya qoymağı planlaşdırır. Avropa İttifaqı Mərkəzi Asiyadan xüsusi ilə hərb sənayesində ciddi ehtiyac duyduğu qiymətli metalların və digər xammalın idxalında çox  maraqlıdır. Bu sahədə tələb olun 39 müxtəlif qiymətli metalın 9 növü Avropa ərazisində lazım olduğu qədər də, kritik həddə çatışmazlığı ilə ciddi narahatlıq yaradır.


Millət vəkili Xəzərin şərq-qərb sahilində infrastruktur, rəqəmsallaşma, yaşıl enerji sahəsində, eləcə də nəqliyyat və logistika sahəsində layihələrin həyata keçirilməsinə Avropa İttifaqının həm maliyyə, həm də əldə etdiyi təcrübələrlə dəstək olmaq potensialının da mövcudluğunu vurğulayıb:

"Bu, Avropa İttifaqını Qara dəniz vasitəsilə əlaqələndirən Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına öz töhfəsini verməsini və konkret layihələrlə dəstək verməsini şərtləndirir.

Aİ-nin qlobal miqyasda infrastruktur və dayanıqlı inkişaf sahəsində əməkdaşlığı təşviq etmək üçün başlatdığı qlobal strateji təşəbbüsü nəzərə alaraq, xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılmasının “Global Gateway” layihəsi ilə əlaqələndirilməsi nəzərdən keçirilə bilər. Avropa İttifaqının müxtəlif layihələri həyata keçirməsində tranzit və rəqəmsallaşma sahəsində malik olduğu təcrübə və maliyyə resursları bu layihənin də irəlilədilməsində öz töhfəsini verə bilər. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin həyata keçirilməsinə ABŞ səviyyəsində qlobal güc maraq göstərir və müzakirələr məqsədi ilə artıq gələn həftə amerikalı ekspertlərin Ermənistana gəlişi gözlənilir. Ağ ev onun qarantı kimi çıxış etməyə öz hazırlığını 8 avqustda Vaşinqtonda imzalanan üçtərəfli Birgə bəyanatla artıq təsdiqləyib. Avropa İttifaqının üzv dövlətləri də ABŞ ilə bu sahədə müəyyən məsələləri əlaqələndirə bilər. Bu isə regionun sabitliyinə müsbət təsir göstərəcək.

Xarici siyasət strategiyasında balanslaşdırmaya üstünlük verən Azərbaycanın burada da digər incə bir məqamı nəzərə alması vacib olacaq. Aİ-nin xarici siyasətində və iqtisadi diplomatiyasında yeni mərhələ sayılan Avropa İttifaqının Global Gateway təşəbbüsü Çinin irəli sürdüyü "Bir Kəmər, Bir Yol" (Belt and Road Initiative ) strategiyasına müəyyən məqamlarda alternativ kimi təqdim edilir. Amma Zəngəzur dəhlizindən istifadəyə bütün potensial tərəfdaşlar maraq göstərdiyindən bu maraqların nəticəsi "sıfır olan oyun“ yox, məhz "vin-vin“ strategiyası çərçivəsində uzlaşdırıla bilər.

Digər məqam Avropa İttifaqının postmüharibə dövrü reabilitasiya layihələrinin həyata keçirilməsi və iqtisadi layihələrin reallaşdırılmasında qazandığı təcrübədir. Bu təcrübənin bölüşülməsi Cənubi Qafqaz regionunda uzunmüddətli sabitliyin dayanıqlı sülhə çevrilməsinə öz töhfəsini verə bilər. 1950-ci illərdə Avropa Birliyi formasında həyata keçirilən layihələrdə yer alan dövlətlər əvvəlcə özlərini kömür və polad sənayeləri ilə əlaqələndirdilər, sonrakı dövrdə atom enerji və iqtisadi inteqrasiya mərhələsinə qədəm qoydular. Bu sahədə qazanılan təcrübədən bəhərlənərək hazırda Cənubi Qafqaz regionunda müəyyən layihələrin həyata keçirilməsi imkanları gündəmə gətirilə bilər".


Müsahibimiz Bakı və Brüssel arasında intensivləşən siyasi dialoq və əməkdaşlıq məsələlərindən də söz açıb:

"Brüssel yeni yaranmış geosiyasi reallıq şəraitində Azərbaycanla əməkdaşlığına yeni perspektivdən yanaşmağı zəruri hesab edir. Bu həm də Bakının tələbidir. Çünki torpaqlarımız işğalda olan zaman Avropa İttifaqının müəyyən qədər qərəzli mövqeyi ilə üzləşdik. Bu gün də Avropa Parlamenti bu cür qərəzli mövqedən əl çəkmir. Amma yeni yaranmış geosiyasi reallıq əməkdaşlıqda yeni yanaşmanın və perspektivlərin olmasını nəzərə alaraq yeni layihələrin həyata keçirilməsini diktə edir. Bu, nəqliyyat-logistika, infrastruktur, rəqəmsallaşma, yaşıl enerji və digər sahələrdə də özünü göstərə, regionda sülhə və sabitliyə töhfə verməklə Azərbycan və Ermənistan arasında etimad quruculuğu məsələlərinə də yardım etmiş olar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri