İtaliyalı məşqçi vəfat etdi
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliya yığmasının sabiq futbolçusu Rino Markezi vəfat edib.
"Football-plus.az" xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.
Markezinin futbolçu karyerası 1955-ci ildə başlayıb və 1973-cü ildə bitib. O, “Fanfulla”, “Atalanta”, “Fiorentina”, “Latsio” və “Prato” komandalarında oynayıb. Ən böyük uğuruna “Fiorentina” ilə imza atıb, 2 dəfə İtaliya kubokunu və 1961-ci ildə Kuboklar kubokunu qazanıb.
Markezi məşqçilik karyerası ərzində “Napoli”, “İnter” və “Yuventus” da daxil olmaqla bir sıra İtaliya klublarını çalışdırıb.
Onu da qeyd edək ki, Dieqo Maradonanın İtaliyadakı debüt mövsümündə “Napoli”ni məhz o çalışdırıb. Bundan əlavə, əfsanəvi Mişel Platini peşəkar karyerasının sonuncu mövsümünü onun rəhbərliyi altında keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 Mart 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















