İtaliyalı nazir ukraynalı həyat yoldaşının davranışına görə üzr istədi
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın "Made in Italy" məhsulları və sənaye üzrə naziri Adolf Urso həyat yoldaşı Olqa Soxnenkonun Roma Fyumiçino hava limanında növbəsiz qeydiyyatdan keçməsi ilə bağlı yaranmış qalmaqallı vəziyyətə görə ictimaiyyət qarşısında üzr istəyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.
Hadisə məşhur italyan aktyoru Luka Çingarettinin hava limanında çəkdiyi və paylaşdığı videodan sonra ictimailəşib. Aktyor bildirib ki, siyasətçilərdən birinin həyat yoldaşına müşayiət edən mühafizəçilər sərnişinlərdən kənara çəkilmələrini tələb edib ki, qadın növbə gözləməsin. Bu hərəkət sosial şəbəkə istifadəçiləri arasında ciddi narazılıq doğurub.
Məlumata görə, növbəsiz qeydiyyatdan keçən qadın ukrayna əsilli Olqa Soxnenkodur. Nazir əvvəlcə vəziyyəti yumşaltmağa çalışaraq bildirib ki, həyat yoldaşına iki il əvvəl təhlükə yaradılıb və təhlükəsizlik məqsədilə tədbir görülüb. Lakin daha sonra müzakirə mövzusuna çevrilən əsas məsələ Ursonun ailəsini xidməti avtomobildə hava limanına aparması olub. Halbuki bu avtomobil yalnız nazirin öz istifadəsi üçün nəzərdə tutulub.
Buna cavab olaraq, Urso bildirib ki, ailəsini hava limanına apararkən nazirliyə getmək üçün yolda olub və avtomobildən sadəcə yolüstü istifadə olunub.
Nazir bəyanatında deyib: "Təhlükəsizlik şərtlərinin qiymətləndirilməsi mühafizə xidmətinin vəzifəsidir. Əgər bu, başqaları üçün narahatlıq yaradıbsa, üzr istəyirəm. Mənimlə tanış olanlar bilir ki, bu, mənim üslubum deyil".
O, həmçinin qeyd edib ki, hadisə zamanı özü həyat yoldaşının çamadanını daşıyır və telefonla danışırmış, buna görə vəziyyətdən xəbərsiz olub.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 17 İyul 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















