Icma.az
close
up
RU
Nazir qurbanların ailələrindən üzr istədi

Nazir qurbanların ailələrindən üzr istədi

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ekvadorda hökumət əsgərlər tərəfindən saxlanıldıqdan sonra öldürüldükləri üzə çıxan 11-15 yaş arası 4 uşağın ailələrindən rəsmi olaraq üzr istəyib.

"Cebheinfo.az" xəbər verir ki, Ekvadorun müdafiə naziri Gian Carlo Loffredo, məhkəmə qərarına əsasən, nəzarətə alındıqdan sonra öldürülən 4 uşağın ailələrindən rəsmi olaraq üzr istədiklərini bildirib.

Uşaqların yoxa çıxmasında məsuliyyət daşıdıqları səbəbiylə 16 əsgərin həbsdə olduğunu xatırladan Loffredo, işi sona qədər izlədiklərini və məhkəmə prosesinə lazım olan hər cür dəstəyin veriləcəyini qeyd edib.

"Ailələrə ən dərin təəssüfümü bildirmək üçün buradayam. Bütövlükdə Ekvador cəmiyyəti bu hadisədən çox kədərlənir. Ən səmimi üzrümü istəyirəm", - Loffredo deyib.

Xatırladaq ki, 8 dekabr 2024-cü ildə Las Malvinas məhəlləsində dostları ilə futbol oynamağa gedərkən yaşları 11 ilə 15 arasında olan 4 uşaq əsgərlər tərəfindən zorla naməlum bir yerə aparılıb.

Təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülərdə Guayaquil şəhərinin bir küçəsində 4 uşağın pikapda əsgərlər tərəfindən aparıldığı ortaya çıxıb.

Hökumət əvvəlcə uşaqların yoxa çıxmasında əsgərlərin məsuliyyət daşımadığını bildirsə də, sonradan müəyyən edilib ki, uşaqlar Quayaquildən təxminən 30 kilometr aralıda yerləşən Taura kəndinə aparılıb.

Ordu uşaqların taleyinin məlum olmadığını açıqlamışdı. Ailələr təşkil etdikləri etiraz aksiyalarında uşaqlarının azad edilməsini tələb ediblər.

Yerli KİV-in məlumatına görə, Taura kəndində tapılan yanmış cəsədlərin əsgərlərin apardığı uşaqlara aid olduğu təsdiqlənib.

Bildirilib ki, yanvarın 1-də uşaqların itkin düşməsində əli olduğu aşkarlanan 16 əsgər prokurorluğun göstərişi ilə saxlanılıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri