İtkin düşmüş şəxslərlə bağlı problemə həsr olunan konfrans beynəlxalq səyləri artırmaq və əməkdaşlığı gücləndirmək baxımından önəmlidir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 9 oktyabr, G.Mahmudlu, T.Babayeva, AZƏRTAC
Məcburi itkin düşmənin nəticəsi ölüm olmasa da, bu hadisənin həmin şəxs üzərində təsirlərinin ömür boyu davam edəcəyi qaçılmazdır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ədliyyə nazirinin müavini Hurşit Yıldırım İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O fikirlərinə belə davam edib: "İtkin düşmüş şəxslərlə bağlı problemə həsr olunan konfrans beynəlxalq səyləri artırmaq və beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından önəmlidir. İtkin şəxslər problemi təkcə keçmişin, tarixin problemi deyil. Bu konfrans ilə problemin həll edilməsi, qarşısının alınması baxımından səmərəli müzakirələrin aparılacağı bir platforma yaradılması itkin düşən şəxslərin ailələrinin haqlarının qorunması kimi bir çox vacib məsələləri ön plana çıxaracaq. Bu çərçivədə itkin şəxslərin yerini müəyyən etmək, şəxsiyyətlərini müəyyənləşdirmək üçün müxtəlif məhkəmə ekspertizası və yeni texnologiyaların tətbiqinin faydalı olacağına inanıram".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 09 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















