Icma.az
close
up
RU
İTV dən Kənan MM in iddialarına cavab

İTV dən Kənan MM in iddialarına cavab

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İTV bir neçə aktyorun, xüsusən də Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.

Telekanaldan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində hər hansı inhisarçılıq halları mövcud deyil və prinsip etibarilə belə bir vəziyyət mümkün də deyil:

“Şirkətdə seriallar və sənədli filmlər üzrə qərar verilməsi aşağıdakı mərhələlər üzrə aparılır. Ssenari prodüser və ya rejissordan qəbul edilir. Daha sonra onun dəyərləndirilməsi aparılır. 

Bu proses 3 meyar üzrə həyata keçirilir: 

-Məzmunun orijinallığı, onun ictimai maraq və əhəmiyyət kəsb etməsi;
-Ssenarini təqdim edən rejissor və ya prodüserin indiyədək ərsəyə gətirdiyi işlərin keyfiyyəti, peşəkar təcrübəsi; 
-Layihənin reallaşması üçün nəzərdə tutulan ehtimal olunan büdcə 

Bu meyarların hər biri bizim üçün önəmlidir və seçim üçün təqdim edilən ssenari bunların hər birinə cavab verməlidir. Sənədli film və serial istehsalı üçün ayıra bildiyimiz büdcə məhdud olduğundan şirkət bu seçimə çox dəqiq yanaşır. 

İndiyə qədər İctimai Televiziya bir sıra rejissorlarla uğurlu iş birliyi nəticəsində onlarla layihə həyata keçirib. Bu layihələr İctimai Televiziyanın auditoriyası tərəfindən bəyənilib və cəmiyyətdə geniş rezonansa səbəb olub. 
Eyni zamanda, İctimai TV ölkədə yaradıcılıq mühitinin təşviqi üçün hətta öz efirində yayımlanmayacaq filmlərin belə çəkilişlərinə texniki və təşkilati dəstək verib.  

Kənan Mahmudovun təqdim etdiyi ssenarinin qəbul edilməməsi məsələsinə gəldikdə, istənilən rejissor öz layihəsini ən uğurlu və yaxşı hesab edə bilər. Lakin bu o demək deyil ki, onun irəli sürdüyü layihə İctimai Televiziyanın yuxarıda göstərilən meyarlarına digər təqdim olunan ssenarilərdən daha çox uyğun gələcək. 

Bu sahədə istənilən uğur və ya müvəffəqiyyətsizlik İTV-nin məsuliyyətidir. Bu məsuliyyəti biz daşıyırıqsa, hansı filmin istehsal ediləcəyi ilə bağlı da yekun qərar vermək hüququ məhz bizə məxsusdur. 

Xüsusilə vurğulayırıq ki, bu günədək heç bir yaradıcı şəxsə layihəsinin reallaşdırılacağı ilə bağlı əsassız vədlər verilməyib.

Ssenarisi İctimai Televiziyada qəbul edilməyən rejissorlar layihələrini ölkədə fəaliyyət göstərən digər televiziya kanallarına təqdim etməkdə tam sərbəstdirlər. Televiziya kanallarının auditoriyası müxtəlifdir və ola bilər ki, İTV-nin öz parametrləri əsasında uyğun saymadığı layihə digər kanala və onun auditoriyasına uyğun olsun. Hesab edirik ki, bu cür rəqabət mühitinin mövcudluğu həm televiziyaların, həm də prodüser və rejissorların daha da inkişaf etməsinə şərait yaradacaq. 

Hüquqlarının pozulduğunu hesab edən istənilən vətəndaş, o cümlədən yaradıcı şəxslər, bununla bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq instansiyalara, eləcə də məhkəməyə müraciət edə bilər. Bununla yanaşı, ictimai müzakirələr zamanı qarşı tərəfin ləyaqət və işgüzar nüfuzuna xələl yetirilməməlidir. İctimai Televiziya da öz işgüzar nüfuzunun müdafiəsini qanunvericilik çərçivəsində təmin etmək hüququnu özündə saxlayır”.

Qeyd edək ki, Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 İyun 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri