Icma.az
close
up
RU
Problem Balaş bəydə yox, İTV nin daxili sistemindədir Kənan MM

Problem Balaş bəydə yox, İTV nin daxili sistemindədir Kənan MM

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Məni çox incitdilər, çox qırdılar. Söz verdilər, ümid verdilər, 9 ay məni gözləmədə saxladılar. Amma mən haqqımı halal edirəm. Sərt ifadələr işlətmişəm, bəlkə də buna məni məcbur ediblər. Həddimi aşdığım heç nə ilə qürur duymuram. Heç kimlə Sirat körpüsündə iki saat halallaşmaq istəmirəm -  mən hər şeyi halal edirəm. Balaş bəyə uzun ömür və can sağlığı arzu edirəm. İTV rəhbəri Balaş bəylə isə heç vaxt barışmayacağam".

AZXEBER.COM xəbər verir ki, bu sözləri aktyor, rejissor  Kənan Mahmudov "facebook" hesabında yazıb.

Aktyor telekanalla aralarında olan qalmaqala son dəfə münasibət bildirərək fikirlərini ifadə edib:

"Mənim Balaş bəylə fərdi, şəxsi olaraq heç bir problemim yoxdur. Otağında çay içmişəm, məni hörmətlə qarşılayıb. Çox mədəni insandır. Diqqətimi çəkən əsas məqam isə danışdığım ideyalara diqqətlə qulaq asması idi.

Ortaya bir sual çıxır: bəs mənim problemim nədir?

Mənim problemim İTV rəhbəri Balaş bəyin ayrı-seçkiliyi, ögey yanaşmasıdır. Yəni bu halda İTV rəhbərinin adı kim olsaydı, problemim həmin şəxsin bu sistemi ilə olacaqdı.

Balaş bəyin İTV üçün etdiyi fədakarlığı heç bir vicdanlı insan dana bilməz. Hər şey ortadadır: iş var, keyfiyyət var, təbii ki, maliyyə də var. Hər kəs bilir ki, İTV-yə aid olan bütün serialları paylaşmışam (onlar paylaşmasa belə) və bundan peşman deyiləm.

Məni tanıyanlar bilir ki, yeri gələndə üzr istəməyi bacaran insanam, amma haqqını da tələb edən insanam. 9 ay telefonlarıma cavab verilmədi, ortaq dostlarımız bizi görüşdürə bilmədi. "Ssenari əladır” dedilər və mən 9 ay işsiz qaldım. Rejissorun əsas gəlir yeri televiziya kanallarıdır.

Allah şahiddir, Balaş bəyi İTV-dən kənarda harada görsəm, qarşısına keçib əlimi uzadar, görüşərəm. İTV-də olan Balaş bəyi isə orada unudaram. Amma İTV-də olan Balaş bəylə sistemə qarşı apardığım mübarizədən vaz keçmərəm.

Balaş bəyin oradan getməsini heç istəmirəm. İndi mənimlə yola getmir deyə, onun göstərdiyi fədakarlığa göz yumacaq qədər əqidəsiz deyiləm. Çox istədim ki, yaradıcılıq dostluğumuz davam etsin, amma bəy bunu qəbul etmədi. Ən maraqlısı isə bu səbəbi mən 9 ay bilmədim. İnsanlar danışaraq anlaşırlar, biz isə danışa bilmədik.

Bu yaxınlarda ölümdən döndüm - bildiyiniz, həqiqi mənada. (Dostlarım bilir.) Özümə gəldiyim zaman isə bir daha anladım ki, dünyada heç nə bizim deyil, biz həyatın qarşısında çox acizik. Kaş bunu hər kəs anlaya.

Bəli, məni çox incitdilər, çox qırdılar. Söz verdilər, ümid verdilər, 9 ay məni gözləmədə saxladılar. Amma mən haqqımı halal edirəm. Sərt ifadələr işlətmişəm, bəlkə də buna məni məcbur ediblər. Həddimi aşdığım heç nə ilə qürur duymuram. Heç kimlə Sirat körpüsündə iki saat halallaşmaq istəmirəm - mən hər şeyi halal edirəm.

Vəzifə müvəqqəti məqamdır: bu gün var, sabah yox. Təkrar edirəm, Balaş bəyin getməsi və ya qalması mənim üçün önəmlidir. Hansı halda üzülərəm? Yerinə bu uğuru davam etdirə bilməyən biri gələrsə.

İnsanın haqqını danmaq olmaz. Amma kaş ki, mənə də bir şans verərdi. Yəqin ki, Allahın mənim üçün başqa planları var. Ölkəmizdə olan bütün kanallara yaradıcılıq uğurları arzulayıram. Balaş bəyə haqqımda çatdırılan yalan məlumatların həqiqətini bilən insanları vicdanları ilə baş-başa buraxıram. Həyat bumeranqdır. Balaş bəyə uzun ömür və can sağlığı arzu edirəm. İTV rəhbəri Balaş bəylə isə heç vaxt barışmayacağam".

Aysel


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Aprel 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see226

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see214

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see212

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see209

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see204

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see200

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see196

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see194

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see193

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see188

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see186

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see183

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see182

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see182

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see181

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see180

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see179

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see173

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri