Icma.az
close
up
RU
İTV dən Kənan MM in iddialarına CAVAB

İTV dən Kənan MM in iddialarına CAVAB

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.

Hurriyyet.Az xəbər verir ki, telekanaldan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində hər hansı inhisarçılıq halları mövcud deyil və prinsip etibarilə belə bir vəziyyət mümkün də deyil:

"Şirkətdə seriallar və sənədli filmlər üzrə qərar verilməsi aşağıdakı mərhələlər üzrə aparılır. Ssenari prodüser və ya rejissordan qəbul edilir. Daha sonra onun dəyərləndirilməsi aparılır.

Bu proses 3 meyar üzrə həyata keçirilir:

- Məzmunun orijinallığı, onun ictimai maraq və əhəmiyyət kəsb etməsi;

- Ssenarini təqdim edən rejissor və ya prodüserin indiyədək ərsəyə gətirdiyi işlərin keyfiyyəti, peşəkar təcrübəsi;

- Layihənin reallaşması üçün nəzərdə tutulan ehtimal olunan büdcə.

Bu meyarların hər biri bizim üçün önəmlidir və seçim üçün təqdim edilən ssenari bunların hər birinə cavab verməlidir. Sənədli film və serial istehsalı üçün ayıra bildiyimiz büdcə məhdud olduğundan şirkət bu seçimə çox dəqiq yanaşır.

İndiyə qədər İctimai Televiziya bir sıra rejissorlarla uğurlu iş birliyi nəticəsində onlarla layihə həyata keçirib. Bu layihələr İctimai Televiziyanın auditoriyası tərəfindən bəyənilib və cəmiyyətdə geniş rezonansa səbəb olub.

Eyni zamanda, İctimai TV ölkədə yaradıcılıq mühitinin təşviqi üçün hətta öz efirində yayımlanmayacaq filmlərin belə çəkilişlərinə texniki və təşkilati dəstək verib.

Kənan Mahmudovun təqdim etdiyi ssenarinin qəbul edilməməsi məsələsinə gəldikdə, istənilən rejissor öz layihəsini ən uğurlu və yaxşı hesab edə bilər. Lakin bu o demək deyil ki, onun irəli sürdüyü layihə İctimai Televiziyanın yuxarıda göstərilən meyarlarına digər təqdim olunan ssenarilərdən daha çox uyğun gələcək.

Bu sahədə istənilən uğur və ya müvəffəqiyyətsizlik İTV-nin məsuliyyətidir. Bu məsuliyyəti biz daşıyırıqsa, hansı filmin istehsal ediləcəyi ilə bağlı da yekun qərar vermək hüququ məhz bizə məxsusdur.

Xüsusilə vurğulayırıq ki, bu günədək heç bir yaradıcı şəxsə layihəsinin reallaşdırılacağı ilə bağlı əsassız vədlər verilməyib.

Ssenarisi İctimai Televiziyada qəbul edilməyən rejissorlar layihələrini ölkədə fəaliyyət göstərən digər televiziya kanallarına təqdim etməkdə tam sərbəstdirlər. Televiziya kanallarının auditoriyası müxtəlifdir və ola bilər ki, İTV-nin öz parametrləri əsasında uyğun saymadığı layihə digər kanala və onun auditoriyasına uyğun olsun. Hesab edirik ki, bu cür rəqabət mühitinin mövcudluğu həm televiziyaların, həm də prodüser və rejissorların daha da inkişaf etməsinə şərait yaradacaq.

Hüquqlarının pozulduğunu hesab edən istənilən vətəndaş, o cümlədən yaradıcı şəxslər, bununla bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq instansiyalara, eləcə də məhkəməyə müraciət edə bilər. Bununla yanaşı, ictimai müzakirələr zamanı qarşı tərəfin ləyaqət və işgüzar nüfuzuna xələl yetirilməməlidir. İctimai Televiziya da öz işgüzar nüfuzunun müdafiəsini qanunvericilik çərçivəsində təmin etmək hüququnu özündə saxlayır".

Qeyd edək ki, Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 İyul 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1102

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see252

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see204

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see192

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see188

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see179

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see176

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see174

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see174

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see171

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see171

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see170

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see170

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see169

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see168

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see165

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see164

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see161

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see160

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri