IV “Maarifçi” tələbə məzun təcrübə proqramına qeydiyyat başlayır
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Martın 11-dən Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Maarifçi” tələbə-məzun təcrübə proqramının növbəti – IV mərhələsinə qeydiyyat prosesi başlayır.
"Unikal" xəbər verir ki, bu dəfə “Rəqəmsal gələcək” şüarı ilə keçirilən proqram Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri və magistratura səviyyəsində təhsil alanlar, həmçinin son 3 il ərzində təhsilini başa vurmuş məzunlar üçün nəzərdə tutulub.
Proqrama müraciət üçün keçid: https://anket.edu.az/user/309
4 ay davam edəcək “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanına sahib olacaqlar.
Proqramın məqsədi tələbə və yeni məzun olmuş gənclərə real iş mühitində təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini praktikada tətbiq etmələrinə və peşəkar vərdişlər əldə etmələrinə dəstək olmaqdır.
Qeyd edək ki, 2024–2025-ci illərdə proqram artıq üçüncü dəfə ardıcıl olaraq uğurla həyata keçirilib və ümumilikdə 102 nəfər məzun olub. Onlardan 50 nəfəri artıq Elm və Təhsil Nazirliyi və tabe qurumlarında, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində işlə təmin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 11 Mart 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















