IV “Maarifçi” tələbə məzun proqramı yekunlaşıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramı yekunlaşıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, proqramın başa çatması münasibətilə elm və təhsil naziri Emin Əmrullayev proqramı uğurla başa vuran iştirakçılarla görüşüb
Görüşdə əvvəlcə proqramın İşçi qrupunun katibi Tünzalə Vəliyeva IV “Maarifçi” tələbə-məzun proqramının nəticələrinə dair hesabatla çıxış edib.
Bildirilib ki, cari ildə proqrama rekord sayda – 5 096 nəfər müraciət edib. Seçim mərhələsindən keçən 50 iştirakçı dörd ay ərzində Elm və Təhsil Nazirliyində və tabeliyindəki qurumlarda təcrübə keçib. Bu il ilk dəfə olaraq proqram ölkənin 13 iqtisadi rayonunu əhatə edib və daha geniş coğrafiyadan olan gənclər üçün iştirak imkanları yaradıb. Qeyd olunub ki, proqramın əvvəlki mərhələlərinin 102 məzunundan 53-ü Elm və Təhsil Nazirliyində və tabeliyindəki qurumlarda işlə təmin olunub.
Daha sonra proqramın fəaliyyətini və əldə olunan nəticələri əks etdirən videoçarx nümayiş etdirilib.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev proqramın gənclərin dövlət qulluğunu və dövlət idarəçiliyinin iş prinsiplərini daha yaxından tanıması baxımından əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, iştirakçılar dörd ay ərzində təhsil sisteminin, eləcə də bütövlükdə dövlət idarəçiliyinin fəaliyyət mexanizmləri ilə tanış olmaq və praktiki təcrübə qazanmaq imkanı əldə ediblər.
Emin Əmrullayev həmçinin rəhbər vəzifələrdə çalışan şəxslərlə birbaşa ünsiyyətin, onların iş təcrübəsi və idarəetmə yanaşmaları ilə tanışlığın gənclərin peşəkar inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Görüş interaktiv müzakirə formatında davam edib. Nazir iştirakçılardan proqram müddətində qazandıqları bilik və təcrübə, qarşılaşdıqları çətinliklər və əldə etdikləri nəticələr barədə məlumat alıb. İştirakçılar öz təəssüratlarını bölüşüb, təcrübə keçdikləri qurumların fəaliyyəti ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Sonda proqram iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə fotosu çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 25 Noyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















