Icma.az
close
up
RU
Saakaşvili: İvanişvili Norveçə də istehza etdi

Saakaşvili: İvanişvili Norveçə də istehza etdi

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Norveçin mərhum kralı Haraldın dəfn mərasimində iştirakla bağlı fikirlərini bölüşüb.

Gununsesi.info xəbər verir ki, Saakaşvili sosial şəbəkə hesabında paylaşdığı yazıda Habsburqlar sülaləsinin nümayəndəsi Otto fon Habsburqla münasibətlərindən, eləcə də Gürcüstanın sabiq səfiri Qabriela fon Habsburqun fəaliyyətindən söz açıb.

“Mənim prezidentliyim dövründə Avropaya yalnız bir dəfə kral ailəsinin nümayəndəsinin dəfn mərasimində iştirak etmək üçün getmişdim. Bu, məşhur Habsburqlar sülaləsinin əsas varisi Otto fon Habsburqun dəfn mərasimi idi.

Otto Avropada çox tanınmış bir şəxsiyyət idi. O, rusların qaçılmaz hücumu barədə məni bir il əvvəlcədən xəbərdar edən ilk şəxslərdən biri olmuşdu. Müharibə başlayanda isə özü də əsa ilə, çətinliklə yeriyə bildiyi halda, Münhen küçələrinə çıxaraq bir neçə gün ərzində Gürcüstana dəstək məqsədilə özünün çap etdirdiyi vərəqələri paylayırdı. Mən onunla dost idim və o, mənə çoxlu maraqlı əhvalatlar danışmışdı.

Onun qızı, tanınmış heykəltəraş Qabriela fon Habsburq Gürcüstan vətəndaşlığını qəbul etmiş və Almaniyada Gürcüstanın səfiri olmuşdu. Onun tanınmışlığı və mənşəyi Almaniyada bütün qapıları üzünə açırdı və o, Gürcüstana çox böyük kömək göstərirdi. Amma “Gürcü Arzusu” hökuməti, təbii ki, onu vəzifədən uzaqlaşdırdı. İndi isə onların səfiri oğru-quldur İzoriadır.

İndi isə sizdən soruşmaq istəyirəm: İvanişvilinin dırnağı ilə qanunlara imza atan zebrasının, məktəbi bitirməmiş, amma nədənsə sahibi tərəfindən prezident adlandırılan futbolçunun Norveçin mərhum kralı Haraldla nə əlaqəsi var ki, o, onun dəfn mərasiminə belə tələsik qaçıb getdi?

Çorçvilili despot gürcülərdən başqa, indi mənim çox sevdiyim, 1991-1992-ci illərdə ilk iş yerimin olduğu Norveçə də istehza etdi.

Buyurun, ey gürcülər, fərqi hiss edin!”

Günay

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Sentyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri