IX əsrə aid kütləvi məzarda “nəhəng” skelet aşkarlandı
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniyanın Kembric şəhəri yaxınlığındakı ərazisdə aparılan arxeoloji qazıntılar zamanı eramızın IX əsrinə aid kütləvi məzar aşkar edilib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, məzarda ən azı 10 nəfərə aid insan qalıqları tapılıb, lakin onların arasında təxminən 1,95 metr boyunda olan gənc bir kişinin skeleti alimlərin xüsusi diqqətini çəkib.
Araşdırmaçılar onun kəllə sümüyündə diametri təxminən 2,5 santimetr olan trepanasiya — yəni qədim dövrlərdə tətbiq edilən cərrahi deşik açma əməliyyatının izlərini müəyyən ediblər.
Alimlər bu müdaxilənin, ehtimal ki, böyümə hormonu ilə bağlı yaranmış şişin səbəb olduğu güclü baş ağrılarını azaltmaq məqsədilə edildiyini düşünürlər.
Qeyd edək ki, tapıntılar həmçinin həmin ərazidə Sakson krallıqları ilə vikinqlər arasında baş verən toqquşmalar nəticəsində kütləvi qətl ehtimalını da gündəmə gətirir.
İlk ali təhsilli memarımız - O, niyə özünü güllələmişdi? “Xocalı həqiqətləri və tarixi yaddaş” adlı tədbir təşkil edildi Caz: Nyu Orleandan Bakıya uzanan yol
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 09 Mart 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















