Icma.az
close
up
RU
İxrac azaldı, idxal bahalaşdı Dərman bazarı təzyiq altında

İxrac azaldı, idxal bahalaşdı Dərman bazarı təzyiq altında

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərclər ilbəil artır. Bu ilin yanvar-iyun aylarında ölkəmizə 259 milyon 390 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.6 faiz çoxdur. Hesabat dövründə Azərbaycan həmçinin 1.712 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə bir il əvvələ nisbətən 23.4 faiz azdır. Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2.25 faizini, ixrac isə ümumi ixracın 0.01 faizini təşkil edib.

Maraqlıdır, dərmana çəkilən xərclər niyə davamlı olaraq artır? Getdikcə daha çox xəstələnirikmi, yoxsa qiymətlər bahalaşır? Ümumiyyətlə, mövcud bazarda vəziyyəti necə qiymətləndirmək olar?

Yenisabah.az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir. Pepperoni pizza

"Yerli istehsalın genişləndirilməsinə ehtiyac var"

İqtisad elmləri doktoru, professor Rüfət Quliyevin sözlərinə görə, Azərbaycanda dərman vasitələrinin 90-95 faizi xaricdən gətirilir. Bu vəziyyət hər il çəkilən xərclərin artmasına səbəb olur: "Ona görə yerli istehsala ciddi diqqət ayrılmalıdır. Məsələn, Türkiyə dünyada tanınmış dərman istehsalçısı ölkələrindəndir. Bu ölkənin şirkətlərini Azərbaycana dəvət etmək olar ki, burada öz şəbəkələrini açsınlar. Bazar genişdir, 10 milyondan çox əhalimiz var. Eyni dərmanları gəlib burada istehsal etsinlər". R.Quliyev qeyd edir ki, dövlət artıq bu sahədə əlverişli imkanlar yaradıb. İndi isə sahibkarların təşəbbüs göstərməsi vacibdir: "Hər şeyi dövlət etməməlidir. İran şirkətləri artıq burada istehsala başlayıblar. Türkiyə şirkətləri də gəlib həm istehsal, həm də satışla məşğul ola bilərlər. Yerli istehsalın inkişafı dərman qiymətlərinə də təsir edə bilər. Əgər bu baş tutsa, bir çox dərman vasitələrinin qiymətində 40-45 faizədək azalma müşahidə oluna bilər".

Xərcləri artıran üç əsas amil

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə dərman bazarındakı dəyişikliklərin yalnız ölkədaxili deyil, qlobal proseslərlə bağlı olduğunu vurğulayır: "Dərmanların çeşidi artır, ayrı-ayrı ölkələrdən gələn dərmanların sayında da artım var. Bu, qiymətlərə təsir edir. Eyni zamanda, inflyasiyaya uyğun olaraq artım var. Digər tərəfdən, müəyyən qədər əhali artımı var və dərmanlara olan tələbat getdikcə artmaqdadır. Bu üç amil dərmanların qiymətinə təsir edir. Dərmanlarda qiymət artımı Avropa ölkələrində də müşahidə edilir. Biz bu barədə məlumatlıyıq. Sadəcə, orada bütün tibbi xərcləri icbari tibbi sığorta qarşıladığına görə vətəndaşlar qiymət artımını o qədər hiss etmirlər. Bizdə də bu modelə keçid vacibdir".

"Vergi yükü problemlər yaradır"

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev hesab edir ki, dərman idxalına çəkilən xərclərin artması sahibkarların üzləşdikləri çətinliklərdən qaynaqlanır. Onun sözlərinə görə, əsas problem isə Tarif Şurasının müəyyən etdiyi qiymət siyasətidir: "Xarici istehsalçılar Azərbaycan bazarını kiçik və qeyri-cəlbedici hesab etdiklərindən məhsullarını aşağı qiymətlə təqdim etmək istəmirlər. Əgər bir dərmanın satış qiyməti bir manatdırsa və istehsalçının təklif etdiyi qiymət də bir manata bərabərdirsə, bu, sahibkar üçün sərfəli deyil. Nəticədə həmin məhsulun idxalı dayandırılır və bazarda qıtlıq yaranır. Eyni zamanda, qeydiyyatsız və qeyri-legitim dərman vasitələrinin artmasına səbəb olur. Xəstələr ehtiyac duyduğu dərmanları apteklərdə tapa bilmirlər. İmkanı olanlar onları xaricdən gətizdirir, olmayanlar isə vasitəçilərə müraciət edir. Bu isə qanuni ticarətin zəifləməsinə və nəzarətsiz bazarın formalaşmasına gətirib çıxarır".

A.Xudiyev onu da bildirir ki, qeydiyyat prosedurlarının çətin və uzunmüddətli olması yeni dərman məhsullarının Azərbaycana daxil olmasını əngəlləyir: "Bu həm də bazarda rəqabəti azaldır".

Assosiasiya rəhbəri dərman vasitələrinin ƏDV-dən azad edilməsini vacib sayır. O, bu yükün həm sahibkar, həm də vətəndaş üçün ciddi problem olduğunu vurğulayır: "Dərman strateji məhsuldur, bir çox ölkələrdə ƏDV-dən azaddır. Bizdə isə həm vətəndaş, həm də sahibkar bu yükü daşıyır. İcbari tibbi sığorta dərmanları ƏDV-siz alırsa, vətəndaş niyə ƏDV ödəməlidir? Bu təzad aradan qaldırılmalıdır".

Yeni dərmanlara çıxış məhduddur

Hazırda qeydiyyat və vergi problemləri səbəbindən bir çox əczaçılıq şirkətləri dərman idxalından çəkinərək qida əlavələrinə üstünlük verməyə başlayıblar. Assosiasiya rəhbəri bu meyili təhlükəli hesab edir: "Qida əlavələri dərman deyil və xəstənin müalicəsində effektiv nəticə vermir. Sadəcə prosedur baxımından daha rahat olduğu üçün şirkətlər ora yönəlirlər. Bu, həm həkimləri, həm xəstələri səhv yola aparır. Bu hal birbaşa olaraq vətəndaşın sağlamlığına təsir göstərir. Çünki düzgün dərman müalicəsi əvəzinə, effektivliyi elmi əsaslarla sübut olunmamış qida əlavələrindən istifadə artır".

A.Xudiyev bildirir ki, dünya dərman sənayesi sürətlə inkişaf etsə də, Azərbaycan bu proseslərdən kənarda qalır: "Dünyada hər ay onlarla yeni dərman qeydiyyata alınır. Lakin biz bu məhsullara çıxış əldə edə bilmirik. Nə istehsalçı, nə idxalçı üçün bu bazar cəlbedici deyil. Bu vəziyyət həm səhiyyə sisteminə, həm də ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Çünki nəzarətsiz şəkildə daxil olan məhsullar həm keyfiyyət baxımından şübhəlidir, həm də vergi və rüsum ödəmədən daxil olurlar".

Assosiasiya rəhbəri qeyd edir ki, bu problemlərlə bağlı dövlət qurumları ilə müxtəlif görüşlər keçirilib, lakin konkret nəticə yoxdur: "Müzakirələr masa arxasında qalır. Strateji qərarlar verilmir. Məsələn, hələ də gözləyirik ki, icbari tibbi sığorta ambulator müalicə alan xəstələrin dərman vəsaiti ilə təchizatını həyata keçirəcək. Verilən qərarlar icra olunsa, vətəndaşlara çox böyük dəstək olar. Hələ ki, icra olunmur. Biz istəyirik ki, sözlərlə yox, real addımlarla dəyişiklik olsun. Sahibkar razı qalarsa, vətəndaş da razı qalacaq".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 İyul 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see255

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see218

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see146

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see127

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see122

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see120

Kaya Kallas: Moskva Ukrayna ilə danışıqlar masasına oturmalı olacaq

09 Sentyabr 2025 15:13see119

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see119

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see119

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see119

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see118

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see117

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see116

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see115

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see115

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see115

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

10 Sentyabr 2025 17:13see115

Toral Bayramov: Əlimizdən gələni yox, gəlməyəni edirdik

10 Sentyabr 2025 01:33see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri