Icma.az
close
up
RU
Günbəgün bahalaşan dərman bazarı...

Günbəgün bahalaşan dərman bazarı...

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Bu ilin ilk 8 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb”.

Bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib. Deputat qeyd edib ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb:

“Pərakəndə ticarət dövriyyəsində diqqət çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına xərclənən vəsaitlərdəki artımdır. Bu müddətdə dərman peraparatları və tibbi ləvazimatların alınmasına vətəndaşlarımızın xərclədiyi vəsaitin məbləği rekord səviyyədə - 21 faiz artıb.

Bu o deməkdir ki, dərman və tibbi ləvazimatların alınmasına həmin müddətdə əvvəlki ilin uyğun dövrü ilə müqayisədə vətəndaşlarımız 210 milyon manat daha çox vəsait xərcləməli olublar. Bu isə kifayət qədər ciddi rəqəmdir”.

Deputatın sözlərinə görə, əczaçılıq məhsulları üzrə xərclərin artması dərman pereparatlarının qiymətlərindəki dəyişikliklər, eləcə də tibbi xidmətlərə tələbin yüksəlməsi ilə bağlıdır:

“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə tibbi xidmətlərin qiymətində də artım qeydə alınıb. Bu isə o deməkdir ki, tələbin artması ilə yanaşı tibbi xidmətlərdə qiymət artımları da davam edib.

Əczaçılıq məhsulları üzrə istehlak xərclərinin ailə büdcəsinə xüsusi təsirlərini nəzərə alsaq, bu istiqamətdə qiymət tarazlığının qorunması çox vacibdir. Doğrudur, dərman pereparatlarının qiymətləri tənzimlənir. Amma bununla yanaşı, istehlak xərclərinin də optimallaşdırılması önəmlidir. Digər tərəfdən, qiymət və xərc tarazlığı üçün yerli istehsalın genişləndirilməsi və idxalın minimumlaşdırılması da vacibdir”.

Bəs nə vaxta qədər dərman təminatında idxaldan asılı qalacağıq?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, nə qədər qəribə səslənsə də, dərman bazarında əsas problem Tarif (qiymət) Şurasının tənzimləmə mexanizmi tətbiq olunandan sonra başladı.

O bidirib ki, Tarif Şurası qiymətləri və ya molekulları tənzimləməyə başlayandan bəri ölkədə rəqabətli mühit xeyli zəifləyib:

“Tarif Şurasının tənzimləmə mexanizmlərindən əvvəl, ölkədə 200-dən çox böyük və kiçik farmaseptik şirkətlər, həm yerli, həm də xarici şirkətlər fəaliyyət göstərirdi və müəyyən qədər rəqabət mövcud idi. İndi isə tənzimləmə sistemi elə qurulub ki, dərmanların adı üzrə yox, istehsal olunduğu ölkə və molekul əsasında qiymətlər müəyyən edilir.

Tarif Şurası müəyyən molekullar üçün yuxarı qiymət həddi elan edəndə şirkətlər həmin molekulun daha ucuz və keyfiyyətsiz analoqlarını Hindistan, Banqladeş, Şri-Lanka kimi ölkələrdən gətirirlər. Nəticədə keyfiyyətsiz dərmanların Azərbaycan bazarında daha geniş yayılmasına şərait yaranır. Mənə elə gəlir ki, əsas problem burada Tarif Şurasının tənzimləmə mexanizmindədir”.

O qeyd edib ki, rəqabətli mühiti artırmaq üçün tənzimləmə mexanizminin başqa formaları düşünülməlidir: 

“Yəni dövlət tərəfindən dərmanların keyfiyyətinə nəzarətin artırılmasına heç kim etiraz etməz. Amma qiymətə birbaşa nəzarətin molekullar əsasında aparılması keyfiyyətsiz məhsulların üstünlük qazanmasına gətirib çıxarır. Məsələn, eyni molekulun Avropa istehsalı da var, Banqladeş istehsalı da.

Onların qiymət fərqi isə bəzən 10-15 dəfə olur. Bu da ölkəyə həm keyfiyyətsiz, həm də daha baha dərmanların gətirilməsinə səbəb olur.
Əgər rəqabətli mühit artırılmasa və bazarda daha çox şirkətlərin fəaliyyətinə imkanlar və fürsətlər yaradılmasa, təəssüf ki, indiki şərait yenə davam edəcək və hətta daha da pisləşəcək. Biz hər il bu barədə danışırıq, məsələ gündəmə gəlir, amma hələ də həllini tapmır”.

Onun sözlərinə görə, Azərbaycanda yerli istehsal yoxdursa, təbii ki, yerli istehsal yaranana qədər idxaldan asılı vəziyyətdə qalacağıq:

“Hazırda dərman preparatlarının 96 faizi xaricdən gətirilir. Bu isə çox mənfi bir asılılıqdır. Əgər yerli istehsalın artırılması istiqamətində ciddi addımlar atılmasa, bu asılılıq davam edəcək”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Dərman bahalaşma Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri