Icma.az
close
up
RU
İxtisarlar başladı 50 yaşdan yuxarı… KONKRET

İxtisarlar başladı 50 yaşdan yuxarı… KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində ixtisarlar aparılır.

KONKRET.az Teleqraf.az-a istinadla xəbər verir ki, depo və qatarların yuyulmasından məsul olan işçilərdən öz ərizələri ilə işdən çıxmaq tələb edilir. Mənbənin sözlərinə görə, bu ilin yayında qurum daxilində iş saatının on iki saatdan səkkiz saatlıq rejimə keçidi və bir qədər sonra isə ixtisarlar olacağı ilə bağlı məlumatlar yayılıb:

“Öz ərizəsi ilə işdən çıxarılan əməkdaşlara “Bakı Metropoliteni”nin başqa bir şirkətin idarəçiliyinə verildiyi əsas gətirilir. Bu səbəbdən də işçilərin sayının azaldıldığı deyilir. Xüsusilə 50 yaşdan yuxarı əməkdaşlar işdən çıxarılırlar”.

İddia olunur ki, ixtisarlar dekabrın 4-dən başlayacaq. Məsələ ilə bağlı qurum tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Onu da qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarına olan məlumatlara əsasən, metro işçilərinin orta aylıq maaşı 1 241.5 manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrünə nisbətən 96.8 manat və ya 8.5% çox idi. Ötən ilin yanvarında isə işçilər “Bakı Metropoliteni” rəhbərliyinin əməkhaqqı artımlarını ödəməməkdə günahlandırmışdılar.

Nəzərə çatdıraq ki, metroda gediş haqqı 60 qəpik təşkil edir. Sərnişin sayına görə (yanvar-oktyabr aylarında 184 513.6 nəfər) ən çox istifadə edilən nəqliyyat növü olmasına baxmayaraq, “Bakı Metropoliteni” illərdir sərnişindaşıma xidmətinin maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin ödənilməsi məqsədilə büdcədən vəsait alır. 2026-cı il üçün quruma 40 milyon manat subsidiya nəzərdə tutulub. Bu göstərici 2025-ci illə müqayisədə 12.3 milyon manat və ya 44.6 faiz çoxdur. Bu ilin büdcəsində “Bakı Metropoliteni” QSC-yə 2024-cü illə müqayisədə 44.7% az 27.7 milyon manat subsidiya proqnozlaşdırılıb. Belə ki, 2024-cü ildə dövlət büdcəsindən 50 milyon manat ayrılmışdı. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 30.2% çox idi.

Maraqlıdır ki, “Bakı Metropoliteni”nin maliyyə vəziyyəti ilə bağlı mediaya açıqladığı məlumatlar isə sərnişindaşımada qiymət artımından sonra qurumun gəlirlərinin xeyli artdığını göstərir. Belə ki, QSC 2024-cü ildə 100.44 milyon manat gəlir əldə edib. Həmin ildə gediş haqqı 50 qəpiyə qaldırılmışdı. Metro ilə 229.58 milyon sərnişin daşınmaqla illik 4.6 faiz illik artıma nail olunmuşdu.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC 2021-ci ildən bu tərəfə rəsmi internet səhifəsində illik audit hesabatlarını dərc etmir. 1 yanvar 2022-ci il tarixinə dövlət şirkətinin balansında 565 milyon manat həcmində illərin yığılmış zərəri vardı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see269

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see255

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see253

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see251

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see250

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see250

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see249

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see248

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see228

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see226

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see225

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see223

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see222

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see220

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see215

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see209

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see208

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see202

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see200

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri