Icma.az
close
up
RU
İxtisas planlaşdırması düzgün aparılmır Ali təhsilli kassirlər dövrü bitəcəkmi?

İxtisas planlaşdırması düzgün aparılmır Ali təhsilli kassirlər dövrü bitəcəkmi?

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda həm təhsil almayan, həm işləməyən, həm də təlimə maraq göstərməyən (NEET – Not in Education, Employment or Training) gənclərin sayı artmaqdadır. Bu hal gənclər arasında işiszliyin səviyyəsinin yüksəlməsinə də səbəb olur. 

Dövlət Statistika Komitəsinin 2024-cü ilə aid olan məlumatlarına əsasən, ölkədə ümumi işsizlik səviyyəsi 5,3 faiz təşkil etdiyi halda, 15–24 yaş arası gənclər arasında bu göstərici 13,1 faizdir. Gənc qadınlar arasında işsizlik səviyyəsi 14,8 faiz, kişilər arasında isə 11,8 faiz təşkil edib.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı işsizlik probleminin geniş olmasının əsas səbəbini iş imkanlarının məhdud olması ilə əlaqələndirib.


Onun məlumatına görə, hazırda həm təhsil alıb işsiz qalanların, həm də təhsilsiz olduğuna görə iş tapa bilməyənlərin sayı kifayət qədər çoxdur.


Sosioloqun fikrincə, işsizlik problemi gənc nəsli, eləcə də hələ pensiya yaşına çatmamış, işləmək gücü olan, lakin yaşı çox olan insanları əhatə edir. 


"Təhsil alıb, amma təhsilinə uyğun, adekvat iş tapmayan gənclərin sayı da kifayət qədərdir. Məsələn, müəllimlik nümunəsini götürək. Ölkənin universitetləri hər il yüzlərlə ixtisaslı müəllim hazırlayır. Müəllimlik üçün kifayət qədər vakansiya olmadıqda, bu artıq həmin gənclərin problemi deyil. Onlar universitetə qəbul olunanda bu məsələlər əvvəlcədən hesablanmalı, ölçülüb-biçilməli idi".


L.Mehralının sözlərinə əsasən, əgər bu qədər işsiz gənc varsa, deməli, ixtisas planlaşdırmasında ciddi problemlər var:

"Təhsil alıb, amma təhsilinə uyğun iş tapa bilməyən gənclərin aqibəti artıq fərdi problem deyil, sistem problemidir. Beləliklə də, ali təhsilli gənclər kassir işləyir, mağazada satıcı işləyir, yəni harda iş tapsalar, onu edirlər. Təhsilin harada və nə üzrə olduğunun artıq bir əhəmiyyəti qalmır.
Təhsil almayan, amma işləmək istəyən gənclər də var. Bu gənclərin çoxunun müəyyən bir bacarığı olur – biri avtomobil təmir edə bilir, biri bərbərliyi bacarır, digəri kulinariya üzrə istedadlıdır. Lakin onlar da ya bacarığına uyğun iş yeri tapa bilmir, ya da tapdıqları iş onların gündəlik xərclərini qarşılamır. Təklif edilən əməkhaqqı çox zaman ağır iş şərtlərinə nisbətdə aşağı olur. Bu səbəbdən də gənc düşünür ki, bu işlə razılaşsa da nəticə verməyəcək, aldığı maaş xərclərinə yetməyəcək. Beləliklə, ölkədə “işsizlər ordusu” yaranır".


Lalə Mehralı bildirib ki, insanlar öz xərclərini ödəyəcək işi tampağa can atar:

"Gənclər enerjilidirlər, işləmək, pul qazanmaq istəyirlər. Gənclər hərəkətsizləşib, təşəbbüssüz qalıblar. Gənc yaşda olmalarına baxmayaraq, işsizlik onları mənəvi olaraq qocaldır".


Mütəxəssislər hesab edir ki, problemin aradan qaldırılması üçün gənclərin təhsilə və iş həyatına daha effektiv cəlb edilməsi, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi və peşə yönümlü təlimlərin genişləndirilməsi vacibdir.


Bəsti Rəfizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 Aprel 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri