İxtisas seçimi günlərində “Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi daha da genişləndirilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 11 avqust, AZƏRTAC
Abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti və bu ildən etibarən Azərbaycan Milli Konservatoriyasında fəaliyyətə başlayan və ödənişsiz əsaslarla xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorlarında DİM-in əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 11-dən 19-dək aparılacaq. “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” gün ərzində aktiv ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 11 Avqust 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















