Icma.az
close
up
RU
İyirmi yaşında “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan cəsur döyüşçü Sulduz Həbibov

İyirmi yaşında “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan cəsur döyüşçü Sulduz Həbibov

Icma.az bildirir, Azertag portalına istinadən.

Lənkəran, 30 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Aprel döyüşlərində cəbhədə bizə zəfərlər qazandıran Azərbaycan əsgərinin gücü və qüdrəti onu da çox qürurlandırmışdı. Amma həmin vaxt 16 yaşı olan Sulduzun döyüşlərə qatılmaq imkanı yox idi. Arzusu tez zamanda əsgərliyə getmək, orduda xidmət edib, peşəkar hərbçi olmaq və mənfur düşməni torpaqlarımızdan qovmaq idi. Bu imkanı ona Vətən müharibəsi qazandırdı.

AZƏRTAC xəbər verir ki, Sulduz Həbibov Xüsusi Təyinatlı Qüvvələr (XTQ) mənsubu kimi Şuşaya kimi mərdliklə döyüşüb və 20 yaşında “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Xüsusi Təyinatlı Qüvvələrin təlimlərində silahdaşlarının döyüş qabiliyyətini mənimsəyən Sulduz Vətən müharibəsi başlayan kimi qarşıya qoyulan döyüş tapşırıqlarının icrası üçün hərbi əməliyyatlarda yaxından iştirak edir: “Döyüş yolum Füzuli şəhərindən başladı”.

Şuşaya kimi igidliklə döyüşən Sulduz Həbibov noyabrın 6-da Şuşa qalası ətrafında yaralanaraq döyüş meydanından təxliyə olunur: “2020-ci il noyabrın 6-da Şuşa Qalası istiqamətində yaralandım və təxliyə olundum. Qələbə xəbərini də hospitalda eşitdim, həmin an keçirtdiyim hisləri sözlə ifadə edə bilmirəm....”

Həmin günlərdə ürəyi cəbhədən gələn xəbərlərlə döyünən ailələrdən biri də Həbibovlar ailəsi idi. Anası Nazlı Həbibova deyir ki, oğlumdan 24 gün idi xəbər yox idi: “Sulduz əsgərliyə getdiyi vaxtlarda elə hərbidə qalmağı düşünürdü. Məktəb vaxtı da hərbi sahə ilə çox maraqlanırdı. Müharibə başlayan vaxtlarda bir az ondan xəbər olmadı. Hər valideyn kimi biz də narahat olduq, ondan sonra Sulduzun yaralanmaq xəbərini eşitdik. Oğlumla fəxr edirəm, çünki oğlum qəhrəmandır, “Azərbaycan bayrağı” ordeni alıb”.

Orta məktəb illərində Sulduzun sinif rəhbəri Fuad Nəsirov deyir ki, şagirdi həmişə fərqlənib. O, “Şahin hərbi idman oyunları”nda məktəbimizə uğurlar qazandırıb. Həmin yarışlarda bayraqdar kimi həmişə öndə gedirdi. Digər dərslərə nisbətən hərbi dərsə marağı çox idi. Məktəbimiz hərbi yarışlarda iştirak edəndə Sulduz kapitan idi, bayraqdarımız idi, bayraq daim onun əlində olurdu. Qismət oldu sonda dövlət başçımız da ona “Azərbaycan bayrağı” ordeni verdi. Mən öz şagirdlərimə dərs keçəndə, Vətən mövzusu gələndə birinci Sulduzun adını çəkirəm”.

Vətən müharibəsi bitdikdən sonra Ali Baş Komandanın sərəncamları ilə hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Sulduz Anar oğlu Həbibov “Azərbaycan Bayrağı” ordeni ilə yanaşı, Vətən uğrunda, Füzulinin, Cəbrayılın, Xocavəndin, Kəlbəcərin və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunur.

Qeyd edək ki, qəhrəmanımız Sulduz Həbibov Lənkəranda yerləşən regional “ASAN xidmət” mərkəzində çalışır. Ailəlidir, bir övladı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri