İynə ilə 20 kilo arıqladığı iddia olunurdu, öz üsulunu açıqladı Fotolar
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Son zamanlar xeyli çəki atması ilə gündəmə gələn türkiyəli aktrisa Bergüzar Korelin arıqlama iynələrindən istifadə etdiyi iddia olunur.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 kiloqram arıqlayan 43 yaşlı aktrisa iddiaları təkzib edərək bunu necə bacarmasından danışıb.
“Həyatım boyu çox çəki alıb-itirmişəm. Amma intizam, tam qidalanma və məşq proqramı ilə 4 ayda ilk dəfə belə bir dəyişiklik yaşadım. Buna idman məşqçilərimin, dietoloqumun və özümün səyləri sayəsində nail oldum”, - deyə Korel söyləyib.
Qeyd edək ki, B.Korellə yanaşı, bir neçə məşhur sənətçilər sürətlə arıqlaması ilə diqqət çəkir. Belə ki, Işın Karaca, Deniz Seki, Demet Akalın, Şebnem Bozoklu və Zahide Yetiş xeyli çəki atmaları ilə müzakirə mövzusuna çevriliblər. Sosial media istifadəçiləri hesab edirlər ki, bu sürətli arıqlama nəticələri arıqlama iynələrindən qaynaqlanır.
Xatırladaq ki, Bergüzar Korel 2009-cu ildə aktyor Halit Ergençlə ailə həyatı qurub. Cütlüyün 2010-cu ildə Əli, 2020-ci ildə Han adlı oğulları, 2021-ci ildə isə qızları Leyla dünyaya gəlib.






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 27 Yanvar 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















