Icma.az
close
up
RU
Alimlər sürətli arıqlamağın ən effektiv üsulunu açıqladı

Alimlər sürətli arıqlamağın ən effektiv üsulunu açıqladı

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyanın Qranada Universitetinin alimləri müəyyən ediblər ki, fasiləli orucla fiziki məşqlərin birləşdirilməsi artıq çəkidən və bədəndəki piy yığıntılarından xilas olmaqda adi idman məşqlərindən daha effektiv ola bilər.

Lent.az xəbər verir ki, tədqiqatçılar piylənmədən əziyyət çəkən 187 könüllünün iştirakı ilə 12 həftəlik eksperiment aparıblar. İştirakçılar dörd qrupa bölünüblər. Birinci qrup yalnız sağlam həyat tərzinə dair ümumi tövsiyələrə əməl edib, ikinci qrup fasiləli oruc tutub, üçüncü qrup yalnız idmanla məşğul olub, dördüncü qrup isə qidalanma məhdudiyyətlərini fiziki məşqlərlə birləşdirib.

Fasiləli oruc tutan iştirakçılar gün ərzində yalnız səkkiz saatlıq müddətdə qida qəbul ediblər. İdman proqramına güc məşqləri və yüksək intensivlikli kardio məşqləri daxil edilib. Bütün iştirakçıların qidalanma rejimi Aralıq dənizi pəhrizinin prinsiplərinə uyğunlaşdırılıb. Araşdırmanın nəticələrinə görə, fasiləli oruc tutanlar yalnız ümumi tövsiyələrə əməl edənlərlə müqayisədə orta hesabla 2,2 kiloqram daha çox çəki itiriblər.

Ən yaxşı nəticə isə fasiləli orucu idman məşqləri ilə birləşdirən iştirakçılarda müşahidə olunub. Bu üsul xüsusilə dərialtı piylərin azalmasında daha effektiv olub. Alimlər qaraciyərdəki piy yığıntılarını da araşdırıblar. Məlum olub ki, bütün qruplarda bu göstərici yaxşılaşıb, lakin heç bir üsul digərlərindən açıq üstünlük nümayiş etdirməyib. Bununla yanaşı, müntəzəm idman məşqləri iştirakçıların fiziki dözümlülüyünü və ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırıb.

Tədqiqatçılar vacib bir məqama da diqqət çəkiblər. Eksperimentdən 12 ay sonra iştirakçıların çəki göstəriciləri arasındakı fərqlər aradan qalxıb. Bu isə həmin metodun xüsusilə qısamüddətli arıqlama baxımından effektiv olduğunu göstərir. Mütəxəssislər vurğulayırlar ki, davamlı nəticə əldə etmək üçün yalnız qısamüddətli pəhriz deyil, uzunmüddətli sağlam qidalanma və fiziki aktivlik vərdişləri də vacibdir. Fasiləli oruc hər kəs üçün uyğun olmaya bilər. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər qidalanma rejimini dəyişməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Oktyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri