Uşaqlarda bu diaqnozun qoyulması çətindir Terapevt müalicə üsulunu açıqladı
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
“Uşaqlarda da xroniki yorğunluq sindromu müşahidə oluna bilər. Lakin bu, böyüklərlə müqayisədə daha nadir haldır”.
News24.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev səsləndirib.
Onun sözlərinə görə, bu sindrom davamlı və səbəbi izah olunmayan yorğunluqla xarakterizə olunur, ən azı altı ay davam edir və istirahətlə tam aradan qalxmır:
“Uşaqlarda bu vəziyyət gündəlik həyat fəaliyyətlərinə, məktəbə davamiyyətə və dərs oxumağa ciddi təsir göstərə bilər. Ən çox rast gəlinən əlamətlər arasında gücsüzlük, diqqət və yaddaşda zəifləmə, baş, əzələ və oynaq ağrıları, yuxu pozuntuları və infeksiyalardan sonra vəziyyətin daha da pisləşməsi qeyd olunur. Səbəbləri tam dəqiqləşdirilməsə də, infeksiyalardan sonra yaranması, immun sistemində dəyişikliklər, stres və yuxu rejimində pozuntularla əlaqələndirilir”.
Nazirliyin mütəxəssis-ekspert bildirib ki, diaqnozun qoyulması çətindir, çünki oxşar əlamətlər dəmir çatışmazlığı, qalxanabənzər vəzin xəstəlikləri və ya psixoloji problemlərdə də müşahidə oluna bilər:
“Müalicəsi əsasən simptomların yüngülləşdirilməsi, həyat tərzinin yaxşılaşdırılması, düzgün yuxu və qidalanma rejiminin tənzimlənməsi, həmçinin psixoloji dəstək üzərində qurulur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 01 Oktyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















