Icma.az
close
up
RU
İynə saplamağı öyrənin, qızlar!

İynə saplamağı öyrənin, qızlar!

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qızlar evin bəzəyidir... Bu kəlam tək ona görə deyilməyib ki, qızlar gözəlliyi, zərifliyi, hər biri bir çiçək olması ilə evləri bəzəyir. Bu kəlam həm də ona görə deyilib ki, qızlarımız gəlin köçdüyü evi səliqə-sahmanı, işi-gücü ilə bəzəyir. Evin hər künc-bucağını zinətləndirir. Bu işlərdən biri də təbii ki, tikiş işidir. Hər qızın ən birinci bacarmalı olduğu işlərdən biri...

Vaxt var idi ki, ana-nənələrimiz qızlarımıza tikiş işini elə bir səviyyədə öyrədirdi ki, onlar parça üzərinə rəngli saplarla min bir naxış vururdu. Buna işləmə deyilirdi. Qızlar öz əlləri ilə işlədikləri bu işləmələri cehizlərinə qoyur, gəlin köçəndə evlərini onlarla bəzəyirdi. Bu işləmələr tablo kimi divara vurulur, yastıq üzlərini, süfrələri bəzəyirdi. Hər bir qızın qabiliyyəti ilkin olaraq bu işləmələri bacarması ilə müəyyən edilirdi.

Qızlarımıza həm də xalça, kilim, palaz toxumaq öyrədilirdi. Elə ki, qız uşağı bir az böyüdü, nənələrimiz onları oturdurdu hana qarşısına, iplərlə, xalça toxuma alətləri ilə yavaş-yavaş tanış edirdi. Daha sonra xalçanın sadə yerlərini toxutdururdu. Bir azdan isə artıq qızlar eskizə baxmaqla əməlli-başlı xalça toxuyurdu. Vaxt o vaxt olurdu ki, artıq onlar gözəl bir sənət əsəri yaradırdı. Hər kəsin toxuduğu xalça isə yenə də cehizinə daxil edilir və gəlin köçdüyü evin bəzəyinə çevrilirdi.

Elə ki, payız soyuğu, ayazı ilə qapını döydü, qız-gəlinlər başlayırdı corab, şərf, köynək toxumağa. Nənələrimiz qızlara yun əyirməyi, ip düzəltməyi, rəngləməyi öyrədirdi. Qızlarımız var idi ki, necə deyərlər, şagird gəlib ustanı keçmişdi, olmuşdular xalça və gözəl toxumaların əsl ustası. Qardaş-yoldaşlarının, körpələrinin qış geyimləri bu qadınların zərif barmaqlarından ilmə-ilmə keçərək yaranırdı.

Qızlarımız parça biçib tikirdi. Elə paltarlar tikirdilər ki, onu illərin dərzisinin tikdiyindən fərqləndirmək çətin olurdu. Evin pərdəsini, yataq örtüyünü, yorğan-döşək üzlərini də əlləri ilə tikir, evlərinin hər yerini zəhmətlərinin bəhrəsi ilə rövnəqləndirirdilər.

Bax, bizim dünənimiz bu qadınlar idi. Bəs bu günümüzdə necə, o qadınları görə bilirikmi?

Sonralar isə...

Sonralar məktəblərimizdə əmək təlimi dərsləri keçirilməyə başlandı. Evlərdə nənə-analarından əl işləri öyrənən qadınlar müəllim kimi bu bacarıqları şagirdlərə öyrətməyə başladılar. Beləliklə, iynə saplamağı, tikiş tikməyi bacarmayan qız olmadı. Məktəblərdə bu işlər o qədər mükəmməl öyrədilirdi ki, sonra ali təhsil almağa potensialı olmayan qızlar dərzilik sənətini seçir, texniki-peşə məktəblərində də təhsillərini davam etdirdikdən sonra dərzi kimi fəaliyyətə başlayırdılar. Uzun illər bu peşə ilə həm qadınları zinətləndirir, həm də ailəsinin çörək pulunu qazanırdılar.

Məktəblərdə öyrədilən xalça toxuma işləri ilə gələcək xalçaçı qadınların təməli qoyulurdu. Onların toxuduğu xalçalar nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda təşkil edilən sərgilərdə sərgilənir, ən gözəl xalça kimi qiymətləndirilirdi. Belə qadınlardan müsahibələr alınır, oçerklər, məqalələr yazılırdı. Onların əməyi bütün qızlara nümunə olaraq göstərilirdi.

Ölkəmiz sovet ittifaqının tərkibində olduğu illərdə İkinci Cahan müharibəsi zamanı beş il ərzində döyüşən əsgər və zabitlər üçün cəbhəyə minlərlə toxunma corab, şərf, əlcək, köynək göndərmişdi. Bax, vaxtilə nənələr, daha sonra isə məktəblər öyrətməsəydi, qız-gəlinlər bunu bacara bilərdimi? Elə bütün bunlara görə də qızlara kiçik yaşlarından tikiş işi öyrədilməlidir. Hər bir qadın dərzi, xalçaçı, toxucu olmasa da, evinin tikiş işlərini görməyi bacarmalıdır. Ən azından iynə saplayıb həyat yoldaşının, övladının köynəyindən qopan düyməni tikməyi bacarmalıdır.

Bir düymə, bir sökük üçün dərziyə gedilməyəcək ki...

Tikiş işi də dünəndə qalanlardan oldu

Təəssüflər olsun ki, biz dünəndə çox şeyləri qoyub bu günlərə gəldik. Elə onlardan biri də tikiş işidir ki, bura xalça, digər toxuma işləri də əlavə olunur. Elə bu işlərin hər birinə gedən yol da bir iynə saplamaqdan keçir. Bir iynəni saplamağı öyrənən qız yavaş-yavaş tikiş tikir, sonra əlinə toxumaq üçün alətləri alır.

Lakin müasir texnologiyalar həyatımıza daxil oldu-olmadı, həyatımız büsbütün dəyişdi. Artıq məktəblərimizdə də əmək təlimi dərsləri yetərli şəkildə tədris olunmur. Aşağı siniflərdə buna bənzər bir tədris prosesi var, lakin yuxarı siniflərdə əmək təlimi adlı bir fənn tədris olunmur. Odur ki, ilk bünövrəmizin qoyulduğu məktəbdə övladlarımız əməyin sirlərinə yiyələnə bilmir. Nəticə isə budur ki, oğlanlar evdə bir elektrik lampasını dəyişə bilmir, bunun üçün usta çağırır. Qızlar isə iynə saplayıb bir söküyü tikə bilmir, bunun üçün kilometrlərlə yol qət edib dərziyə yollanır.

Təhsilin müasirləşməsi, yeni metodların tətbiq olunması gözəl bir işdir. Lakin müasirlik o demək deyil ki, sən dünən yaxşı olanları bir kənara atasan. Axı illərlə əmək təlimi dərslərinin gözəl nəticəsinin şahidi olmuşuq. Bu gün məktəblərdə uşaqlara əməyin sirlərinin öyrədilməsinin nəyi pis ola bilərdi ki?..

Hər bir məktəbli sabah bir evin kişisi, qadını olur. Bəli, təhsil alırlar, daha sonra təhsillərini davam etdirib alim, professor da olurlar. Lakin unutmayaq ki, vaxtilə bizim alim kişilər həm də evlərinin ustası olub, kiçik işdən ən böyük işlərədək ustalığı özləri ediblər. Professor qadınlarımız olub ki, paltarlarını özləri tikib geyinib, ailədə hər hansı bir tikiş üçün ömür boyu dərziyə müraciət etməyib. Lakin müasir dövrümüzdə bunların hamısının üzərindən xətt çəkib qoymuşuq bir kənara.

Telefonlar, kompüterlər, internet, sosial şəbəkələr ötən illərin ənənələrini əlimizdən alıb. İndi hər kəs sosial şəbəkələrdə, telekanalların nümayiş etdirdiyi saysız seriallarda ilişib qalıb. Telefonlarda gün ərzində minlərlə xəbərin içərisində gəzişməklə vaxt keçirir. Odur ki, qadınlar artıq əvvəlki kimi yaydan qışa tədarük görmür, hətta elələri var ki, evin gündəlik yeməyini belə bişirmir, kənardan sifariş edir. Kişilər artıq dünənki kişilər kimi deyil. Yalnız işə gedib, evə gəlirlər. Onların nə həyat-baca işləri ilə məşğul olmağa, nə də evdə yaranan kiçik bir problemi həll etməyə həvəsləri var. Beləliklə, yeni bir həyat tərzinə qədəm qoymuşuq. O həyat tərzi ki, ötən illərdən onda əsər-əlamət belə yoxdur.

Bəs bu gedişlə harayadək?..

Həqiqətən də maraqlıdır, bu gedişlə haraya gedirik? Bütövlükdə dəyişən həyatımızın gələcəkdə bizim üçün hansı problemləri yaradacağını heç olmasa, hərdən düşünürükmü?

İndi on qızdan birinin bir iynəni saplaya bilməsi şübhə doğurur. Buna inanmaq o qədər çətindir ki... Ona görə ki, evdə ana özü bacarmadığı işi qızına necə öyrədə bilər?.. Bir də müasir analarda nədənsə öyrətmək qabiliyyəti də əvvəlki ana-nənələrdəki kimi deyil. Ya qızlar öyrənmək istəmir, işdən boyun qaçırır, ya da ana bilmir, bu səbəbdən də öyrətmir. Etiraf edək ki, müasir qızlarda da əvvəlki qızlar kimi öyrənmək həvəsi qalmayıb. Bu həvəsi onlardan bəli, müasir texnologiyalar, sosial şəbəkələr alıb. Daha doğrusu bu texnologiya və sosial şəbəkələr qızlarımızın əlindən vaxtı elə alıb ki, onlar bu işləri öyrənmək barədə əsla düşünmür.

Bəs nəticə? Nəticə ondan ibarətdir ki, dünənimizə bənzəməyən gənc nəsil yetişir. Xalça, toxuma kimi işlərin necə həyata keçirilməsi barədə anlayışı olmayan nəsil yetişir. Biz özümüz bu nəslin bu formada olmasına şərait yaradanlarıq. Elə məktəblərdən əmək təlimi dərsini yığışdıran bizlər deyilikmi? Bu dərslərdə qızlar kollektiv şəkildə-bir-birinin həvəsinə ən azından iynə saplamağı, sökük tikməyi öyrənirdi. Gələcəkdə ailə qurub, gəlin köçəndə isə özü ilə bərabər bacarıqlarını da yeni evinə aparırdı.

Bu məsələ barədə düşünmək lazımdır. Cəmiyyətə tək ali təhsilli olan insan deyil, həm də əməyin nə olduğunu anlayan, kiçik bir işə zəhmət verməyə bacaran insanlar gərəkdir. Bəzi məktəblərdə STEAM sinifləri yaradılıb, burada müasir texnologiyanın sirləri aşılanır, uşaqların yaradıcılıq qabiliyyəti bu dərslər vasitəsilə ortaya çıxarılır. Bu, təbii ki, yuxarı siniflərdə tətbiq olunur. Lakin STEAMaqədər aşağı siniflər əməyin müxtəlif sahələrini əxz etməlidir ki, zamanı gələndə STEAM-ı qavraya bilsinlər.

Biz nə qədər müasir təhsilə yiyələnsək də, unutmayaq, sabah bir evdə-bir ailə içərisində yaşayacağıq və bizim gündəlik həyatımız olacaq ki, hər cür problemlə qarşılaşa bilərik. Bu, bizim üstünlüyümüz, müasirliyimiz olar ki, evimizin də işini bacara bilək. Bir su kranını dəyişmək, nasaz vəziyyətdə olan ütüyə, tozsorana yeni həyat vermək özü bir elmi yaxşı mənimsəməyin nəticəsi deyilmi?

Evin hər hansı tikiş işini qadının özünün həll etməsi necə, bu da bir elmi yaxşı bilməyin nəticəsi deyilmi? Odur ki, birtərəfli yox, hərtərəfli insan olmağa çalışaq. Məhz bu zaman dünənimizlə əlaqəmiz də kəsilməz, həm də gələcəyə əliboş getmiş olmarıq.

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Avqust 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see233

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see196

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see195

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see195

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see192

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see189

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see188

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see187

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see186

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see182

PAŞİNYAN KREMLDƏN İCAZƏ ALINA BİLMƏYİB Bunu təkcə biz yox, ABŞ da görür...

08 Avqust 2026 16:48see180

Heç kim torpağını atıb çıxıb gedən deyil Zelenski

09 Avqust 2026 00:17see178

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see177

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see173

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see172

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see169

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq FOTO

08 Avqust 2026 23:09see168

Maqnit qasırğaları haqda BİLMƏDİKLƏRİMİZ: İnsanlar və texnika üçün nə dərəcədə təhlükəlidir

09 Avqust 2026 00:59see165

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see164

Kredit kartı şifrəsində 0 rəqəmi olanlara xəbərdarlıq edildi

09 Avqust 2026 00:32see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri