Icma.az
close
up
RU
İynə saplaya bilməyən qızlar

İynə saplaya bilməyən qızlar

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Ötən yazılarımdan birində müasir dövrdə əksər gənc oğlanın əlindən bir iş gəlməməsindən, dəqiqəbaşı zəng edib evə usta çağırmasından, bununla bağlı da çoxsaylı problemlər yaşanmasından söhbət açmışdıq. Bu gün isə əksər gənc qızın adi bir iynə saplaya, tikiş tikə bilməməsindən söhbət açmaq istəyirəm. Bunun səbəbi özümüzlə yanaşı, həm də müasir təhsil sistemindədir. Çünki əksəriyyətimiz dünəndən bu günə heç nə gətirə bilmədik. Təhsil sistemi isə müasirləşdikcə əmək təlimi dərsləri yoxa çıxdı. Nəticə isə budur, göz qarşısındadır...

Hər evin bəzəyi qızlar

Qızlar evin bəzəyidir... Bu kəlam tək ona görə deyilməyib ki, qızlar gözəlliyi, zərifliyi, hər biri bir çiçək olması ilə evləri bəzəyir. Bu kəlam həm də ona görə deyilib ki, qızlarımız gəlin köçdüyü evi səliqə-sahmanı, işi-gücü ilə bəzəyir. Evin hər künc-bucağını zinətləndirir. Bu işlərdən biri də təbii ki, tikiş işidir. Hər qızın ən birinci bacarmalı olduğu işlərdən biri...

Vaxt var idi ki, ana-nənələrimiz qızlarımıza tikiş işini elə bir səviyyədə öyrədirdi ki, onlar parça üzərinə rəngli saplarla min bir naxış vururdu. Buna işləmə deyilirdi. Qızlar öz əlləri ilə işlədikləri bu işləmələri cehizlərinə qoyur, gəlin köçəndə evlərini onlarla bəzəyirdi. Bu işləmələr tablo kimi divara vurulur, yastıq üzlərini, süfrələri bəzəyirdi. Hər bir qızın qabiliyyəti ilkin olaraq bu işləmələri bacarması ilə müəyyən edilirdi.

Qızlarımıza həm də xalça, kilim, palaz toxumaq öyrədilirdi. Elə ki, qız uşağı bir az böyüdü, nənələrimiz onları oturdurdu hana qarşısına, iplərlə, xalça toxuma alətləri ilə yavaş-yavaş tanış edirdi. Daha sonra xalçanın sadə yerlərini toxutdururdu. Bir azdan isə artıq qızlar eskizə baxmaqla əməlli-başlı xalça toxuyurdu. Vaxt o vaxt olurdu ki, artıq onlar gözəl bir sənət əsəri yaradırdı. Hər kəsin toxuduğu xalça isə yenə də cehizinə daxil edilir və gəlin köçdüyü evin bəzəyinə çevrilirdi.

Elə ki, payız soyuğu, ayazı ilə qapını döydü, qız-gəlinlər başlayırdı corab, şərf, köynək toxumağa. Nənələrimiz qızlara yun əyirməyi, ip düzəltməyi, rəngləməyi öyrədirdi. Qızlarımız var idi ki, necə deyərlər, şagird gəlib ustanı keçmişdi, olmuşdular xalça və gözəl toxumaların əsl ustası. Qardaş-yoldaşlarının, körpələrinin qış geyimləri bu qadınların zərif barmaqlarından ilmə-ilmə keçən geyimlərə çevrilirdi.

Qızlarımız parça biçib tikirdi. Elə paltarlar tikirdilər ki, onu illərin dərzisinin tikdiyindən fərqləndirmək çətin olurdu. Evin pərdəsini, yataq örtüyünü, yorğan-döşək üzlərini də əlləri ilə tikir, evlərinin hər yerini zəhmətlərinin bəhrəsi ilə rövnəqləndirirdilər.

Bax, bizim dünənimiz bu qadınlar idi. Bəs bu günümüzdə necə, o qadınları görə bilirikmi?

Sonralar isə...

Sonralar məktəblərimizdə əmək təlimi dərsləri keçirilməyə başlandı. Evlərdə nənə-analarından əl işləri öyrənən qadınlar müəllim kimi bu bacarıqları şagirdlərə öyrətməyə başladılar. Beləliklə, iynə saplamağı, tikiş tikməyi bacarmayan qız olmadı. Məktəblərdə bu işlər o qədər mükəmməl öyrədilirdi ki, sonra ali təhsil almağa potensialı olmayan qızlar dərzilik sənətini seçir, texniki-peşə məktəblərində də təhsillərini davam etdirdikdən sonra dərzi kimi fəaliyyətə başlayırdılar. Uzun illər bu peşə ilə həm qadınları zinətləndirir, həm də ailəsinin çörək pulunu qazanırdılar.

Məktəblərdə öyrədilən xalça toxuma işləri ilə gələcək xalçaçı qadınların təməli qoyulurdu. Onların toxuduğu xalçalar nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda təşkil edilən sərgilərdə sərgilənir, ən gözəl xalça kimi qiymətləndirilirdi. Belə qadınlardan müsahibələr alınır, oçerklər, məqalələr yazılırdı. Onların əməyi bütün qızlara nümunə olaraq göstərilirdi.

Ölkəmiz sovet ittifaqının tərkibində olduğu illərdə İkinci Cahan müharibəsi zamanı beş il ərzində döyüşən əsgər və zabitlər üçün cəbhəyə minlərlə toxunma corab, şərf, əlcək, köynək göndərmişdi. Bax, vaxtilə nənələr, daha sonra isə məktəblər öyrətməsəydi, qız-gəlinlər bunu bacara bilərdimi? Elə bütün bunlara görə də qızlara kiçik yaşlarından tikiş işi öyrədilməlidir. Hər bir qadın dərzi, xalçaçı, toxucu olmasa da, evinin tikiş işlərini görməyi bacarmalıdır. Ən azından iynə saplayıb həyat yoldaşının, övladının köynəyindən qopan düyməni tikməyi bacarmalıdır.

Bir düymə, bir sökük üçün dərziyə gedilməyəcək ki...

Tikiş işi də dünəndə qalanlardan oldu

Təəssüflər olsun ki, biz dünəndə çox şeyləri qoyub bu günlərə gəldik. Elə onlardan biri də tikiş işidir ki, bura xalça, digər toxuma işləri də əlavə olunur. Elə bu işlərin hər birinə gedən yol da bir iynə saplamaqdan keçir. Bir iynəni saplamağı öyrənən qız yavaş-yavaş tikiş tikir, sonra əlinə toxumaq üçün alətləri alır.

Lakin müasir texnologiyalar həyatımıza daxil oldu-olmadı, həyatımız büsbütün dəyişdi. Artıq məktəblərimizdə də əmək təlimi dərsləri yetərli şəkildə tədris olunmur. Aşağı siniflərdə buna bənzər bir tədris prosesi var, lakin yuxarı siniflərdə əmək təlimi adlı bir fənn tədris olunmur. Odur ki, ilk bünövrəmizin qoyulduğu məktəbdə övladlarımız əməyin sirlərinə yiyələnə bilmir. Nəticə isə budur ki, oğlanlar evdə bir elektrik lampasını dəyişə bilmir, bunun üçün usta çağırır. Qızlar isə iynə saplayıb bir söküyü tikə bilmir, bunun üçün kilometrlərlə yol qət edib dərziyə yollanır.

Təhsilin müasirləşməsi, yeni metodların tətbiq olunması gözəl bir işdir. Lakin müasirlik o demək deyil ki, sən dünən yaxşı olanları bir kənara atasan. Axı illərlə əmək təlimi dərslərinin gözəl nəticəsinin şahidi olmuşuq. Bu gün məktəblərdə uşaqlara əməyin sirlərinin öyrədilməsinin nəyi pis ola bilərdi ki?..

Hər bir məktəbli sabah bir evin kişisi, qadını olur. Bəli, təhsil alırlar, daha sonra təhsillərini davam etdirib alim, professor da olurlar. Lakin unutmayaq ki, vaxtilə bizim alim kişilər həm də evlərinin ustası olub, kiçik işdən ən böyük işlərədək ustalığı özləri ediblər. Professor qadınlarımız olub ki, paltarlarını özləri tikib geyinib, ailədə hər hansı bir tikiş üçün ömür boyu dərziyə müraciət etməyib. Lakin müasir dövrümüzdə bunların hamısının üzərindən xətt çəkib qoymuşuq bir kənara.

Telefonlar, kompüterlər, internet, sosial şəbəkələr ötən illərin ənənələrini əlimizdən alıb. İndi hər kəs sosial şəbəkələrdə, telekanalların nümayiş etdirdiyi saysız seriallarda ilişib qalıb. Telefonlarda gün ərzində minlərlə xəbərin içərisində gəzişməklə vaxt keçirir. Odur ki, qadınlar artıq əvvəlki kimi yaydan qışa tədarük görmür, hətta elələri var ki, evin gündəlik yeməyini belə bişirmir, kənardan sifariş edir. Kişilər artıq dünənki kişilər kimi deyil. Yalnız işə gedib, evə gəlirlər. Onların nə həyat-baca işləri ilə məşğul olmağa, nə də evdə yaranan kiçik bir problemi həll etməyə həvəsləri var. Beləliklə, yeni bir həyat tərzinə qədəm qoymuşuq. O həyat tərzi ki, ötən illərdən onda əsər-əlamət belə yoxdur.

Bəs bu gedişlə harayadək?..

Həqiqətən də maraqlıdır, bu gedişlə haraya gedirik? Bütövlükdə dəyişən həyatımızın gələcəkdə bizim üçün hansı problemləri yaradacağını heç olmasa, hərdən düşünürükmü?

İndi on qızdan birinin bir iynəni saplaya bilməsi şübhə doğurur. Buna inanmaq o qədər çətindir ki... Ona görə ki, evdə ana özü bacarmadığı işi qızına necə öyrədə bilər?.. Bir də müasir analarda nədənsə öyrətmək qabiliyyəti də əvvəlki ana-nənələrdəki kimi deyil. Ya qızlar öyrənmək istəmir, işdən boyun qaçırır, ya da ana bilmir, bu səbəbdən də öyrətmir. Etiraf edək ki, müasir qızlarda da əvvəlki qızlar kimi öyrənmək həvəsi qalmayıb. Bu həvəsi onlardan bəli, müasir texnologiyalar, sosial şəbəkələr alıb. Daha doğrusu bu texnologiya və sosial şəbəkələr qızlarımızın əlindən vaxtı elə alıb ki, onlar bu işləri öyrənmək barədə əsla düşünmür.

Bəs nəticə? Nəticə isə ondan ibarətdir ki, dünənimizə bənzəməyən gənc nəsil yetişir. Xalça, toxuma kimi işlərin necə həyata keçirilməsi barədə anlayışı olmayan nəsil yetişir. Biz özümüz bu nəslin bu formada olmasına şərait yaradanlarıq. Elə məktəblərdən əmək təlimi dərsini yığışdıran bizlər deyilikmi? Bu dərslərdə qızlar kollektiv şəkildə-bir-birinin həvəsinə ən azından iynə saplamağı, sökük tikməyi öyrənirdi. Gələcəkdə ailə qurub, gəlin köçəndə isə özü ilə bərabər bacarıqlarını da yeni evinə aparırdı.

Bu məsələ barədə düşünmək lazımdır. Təhsil Nazirliyi bilməlidir ki, cəmiyyətə tək ali təhsilli olan insan deyil, həm də əməyin nə olduğunu anlayan, kiçik bir işə zəhmət verməyə bacaran insanlar gərəkdir. Odur ki, təhsil sistemində dəyişiklik edilməli, əmək dərsləri yenidən tədrisə daxil olunmalıdır. Bəzi məktəblərdə STEAM sinifləri yaradılıb, burada müasir texnologiyanın sirləri aşılanır, uşaqların yaradıcılıq qabiliyyəti bu dərslər vasitəsilə ortaya çıxarılır. Bu, təbii ki, yuxarı siniflərdə tətbiq olunur. Lakin STEAMaqədər aşağı siniflər əməyin müxtəlif sahələrini əxz etməlidir ki, zamanı gələndə STEAM-ı qavraya bilsinlər.

Biz nə qədər müasir təhsilə yiyələnsək də, unutmayaq, sabah bir evdə-bir ailə içərisində yaşayacağıq və bizim gündəlik həyatımız olacaq ki, hər cür problemlə qarşılaşa bilərik. Bu, bizim üstünlüyümüz, müasirliyimiz olar ki, evimizin də işini bacara bilək. Bir su kranını dəyişmək, nasaz vəziyyətdə olan ütüyə, tozsorana yeni həyat vermək özü bir elmi yaxşı mənimsəməyin nəticəsi deyilmi?

Evin hər hansı tikiş işini qadının özünün həll etməsi necə, bu da bir elmi yaxşı bilməyin nəticəsi deyilmi? Odur ki, birtərəfli yox, hərtərəfli insan olmağa çalışaq. Məhz bu zaman dünənimizlə əlaqəmiz də kəsilməz, həm də gələcəyə əliboş getmiş olmarıq.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see394

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see314

Oğlunu görmək üçün Ərzuruma getdi Fotolar

29 İyun 2026 16:15see248

TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər FOTO

29 İyun 2026 13:00see247

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see229

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see219

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır Politoloqdan AÇIQLAMA

29 İyun 2026 18:13see217

BET Awards 2026: Los Ancelesdə qırmızı xalının ən parlaq obrazları (FOTOLAR)

29 İyun 2026 15:01see212

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see211

Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ

29 İyun 2026 11:07see208

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see207

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see198

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see192

Fayton gələr toz eylər... Fotolar

29 İyun 2026 18:26see191

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see187

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see185

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see181

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see172

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see163

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri