Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

İz azdırmaq oyunu

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada bəzi şəxslərin “AZAL”ın qəzaya uğramış təyyarəsi ilə bağlı cəfəng fikirlərini başqa cür şərh etmək mümkün deyil2024-cü il dekabrın 25-də səhər saatlarında Bakı-Qroznı marşrutu üzrə J2-8243 saylı sərnişin reysini həyata keçirən “Azərbaycan Hava Yolları” Qapalı  Səhmdar Cəmiyyətinin “Embraer E190” təyyarəsinin Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğramasına Rusiyadan verilən rəsmi və qeyri-rəsmi reaksiyalar qətiyyən adekvat sayıla bilməz.

Rusiyanın xarici işlər naziri Sergey ­Lavrov yanvarın 14-də keçirdiyi illik mətbuat konfransında Moskva və Bakının istənilən məsələləri həll edə biləcəyini bildirdi. Maraqlıdır ki, o, buna misal olaraq İkinci Qarabağ müharibəsində səhvən Rusiya vertolyotunun vurulmasını, Azərbaycan təyyarəsinin qəzaya uğramasını göstərdi. S.Lavrov jurnalistləri Bakı–Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticələrini gözləməyə və faciə haqqında məlumat yaymamağa (?) çağırdı. O, həmin məlumatların “qara qutu”ların məlumatları ilə faktiki olaraq təsdiqini tapmadığını (?) söylədi. Rusiya XİN rəhbəri bildirdi ki, Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı (?) məlumatlar verib. Onun sözlərinə görə, bu təhqiqat başa çatana qədər gözləmək vacibdir və “qara qutu”ların məzmunu bütövlükdə, hazırda fəlakətlə bağlı mətbuatda yayılan versiyaların çoxunu təsdiqləmir. S.Lavrov Azərbaycan tərəfinin təyyarə qəzasının araşdırılmasında Rusiya tərəfinin iştirakını dəstəkləməsini Moskvanın qiymətləndirdiyini də sözlərinə əlavə etdi.

Bundan sonra Rusiyada bəzi siyasi ekspertlər, media orqanları və teleqram kanalları təyyarə qəzası ilə bağlı müxtəlif ehtimallar və fərziyyələr irəli sürməyə başladılar. Bu istiqamətdə “Baza” teleqram kanalını xüsusi qeyd etmək lazımdır. Bir neçə gün öncə həmin teleqram kanalında təyyarənin ekipajının Rusiya və Qazaxıstandakı hava limanlarında dispetçerlərlə danışıqlarının yazısının stenoqramını dərc edib. Bu məlumatın dərhal ardınca “yuxarıdan” ötürülən narrativlər əsasında Rusiya media məkanında çox sayda məqalələr dərc edildi. Müəlliflər sevincək olaraq bir ağızdan bildirirlər ki, “şifrənin açılması Bakının səhv olduğunu göstərdi”. Onlar sanki bir-biri ilə yarışa giriblər. Yeri gəlmişkən, heç də təəccüblü deyil ki, necə deyərlər, bu dalğa Ermənistanda dərhal tutuldu və onlar da eyni tonda, necə deyərlər, ağız-ağıza verməyə başladılar. Teleqram kanallarından biri hətta, bu paylaşımdan sonra Bakının Moskvadan onun barəsində yayılan “böhtana” görə üzr istəyib-istəməyəcəyini istehza ilə soruşmağa başladı.

Əlbəttə, “Baza”nın bu danışıqları necə, haradan əldə etməsi sual doğuran məsələdir. Yayılan bu məlumatın təyyarənin ekipajına aid olması məsələsi də mübahisəlidir. Guya, təyyarənin “qara qutu”sunun deşifrə olunmasının Azərbaycanın mövqeyinin əksini sübut etdiyinin bildirilməsinin də heç bir əsası yoxdur. Qazaxıstanlı politoloq Dimaş Aljanov da bu fikirdədir. O bildirib ki, təyyarənin ekipajı ilə Rusiya hava limanlarının yerüstü xidmətləri arasında, guya, baş tutmuş danışıqların dərc edilməsi Qazaxıstan və Azərbaycana qarşı əsl informasiya təzyiqi aktıdır. Onun sözlərinə görə, pilotlarla yerüstü xidmətlərin deşifrə edilmiş danışıqları rəsmi təsdiqini tapmayıb: “Bu cür deşifrələrin meydana çıxması araşdırmanı aparan Qazaxıstana və təyyarəsi qəzaya uğrayan Azərbaycana qarşı informasiya təzyiqi cəhdindən başqa cür qiymətləndirilə bilməz”.

Politoloq deyib ki, deşifrə edilmiş danışıqlar Rusiya isteblişmentinin müəyyən dairələrinə yaxın olduğu iddia edilən teleqram kanallarında yayılıb: “Qazaxıstan hökumətinə yönəlmiş təzyiqdən danışsaq, onun hansı mövqe tutacağı hələ məlum deyil. İnternetdə stenoqramın dərc edilməsindən sonra nə Qazaxıstan, nə də Azərbaycan tərəfindən hələ heç bir rəsmi şərh verilməyib”. Politoloq yanvar ayının sonunda açıqlanacaq rəsmi hesabatı gözləməyin lazım olduğunu qeyd edib. Onun sözlərinə görə, Qazaxıstan istənilən gedişatda həm Azərbaycan, həm də Rusiya ilə normal münasibətləri qorumağa çalışacaq.

Azərbaycanın ünvanına böhtan atan şəxslərdən biri də Rusiya Federasiyası İctimai Palatasının Koordinasiya Şurasının üzvü, politoloq Vladimir Karasyovdur. Əlbəttə, əgər V.Karasyov və Rusiya İctimai Palatası bu çıxışı etik normalara uyğun hesab edirlərsə, o zaman onların hazırda hansı səviyyədə olduğu aydındır. Sadəcə, müasir Rusiyada ictimai şəxslərin və yüksək sosial statuslu insanların kobudluqdan və təhqiramiz ritorikadan istifadə etməsinin getdikcə geniş yayılmasına təəssüf etmək qalır. V.Karasyov yürütdüyü bu mühakimə ilə mənəvi dəyərlərdən uzaq olan şəxs təəssüratı yaradır.

Amma yaxşı ki, Rusiyada heç də hamı belə düşünmür. Məsələn, Rusiya İctimai Palatasının üzvü, Ümumrusiya Dövlət Televiziyasında (“Rossiya-1”) “Həftənin xəbərləri” (“Vesti nedeli”) proqramının müəllifi və aparıcısı Dmitri Kiselyov bildirib ki, “politoloq” V.Karasyovun təhqiramiz ifadələri heç bir şəkildə İctimai Palatanın mövqeyini əks etdirmir və qəti şəkildə qınanmalıdır: “Vladimir Karasyovun təhqirləri kontekstində Rusiya İctimai Palatasının adının hallanması təəssüf doğurur. Vladimir Karasyov İctimai Palatanın üzvü deyil. Yəni bu, həm Rusiyada, həm də Azərbaycanda kifayət qədər olan adi informasiya leşi şəbəkəsidir. Onunla qidalanmağa dəyərmi? O, daha heç kimi sağlam etməyəcək”.

Rusiyalı jurnalist “AZAL”ın təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə bir daha başsağlığı verib, ədalətli araşdırmanın nəticələrini və günahkarların cəzalandırılmasını gözləməyə çağırıb. Kiselyov ümidvar olduğunu bildirib ki, bədxahlar “AZAL”ın təyyarəsi ilə bağlı faciədən Rusiya və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə qarşı istifadə etməyəcəklər.

Məsələ ilə bağlı fikirlərini XQ ilə bölüşən politoloq İlyas Hüseynov bildirdi ki, “AZAL”ın təyyarəsinin Rusiya səmasında vurulması və sonrakı proseslər kifayət qədər ciddi maraq doğurur. Onun sözlərinə görə, təyyarənin qalıqlarında fiziki və texniki xarici müdaxilənin nişanəsi, yəni hava hücumundan müdafiə sisteminin hava gəmisini zədələməsi ilə bağlı izlər hər kəsə bəllidir: “Belə görünür ki, “qara qutu”nun deşifrə olunmasından sonra həqiqəti gizlətmək üçün fikirlər genişlənməkdədir. Hətta, konkret olaraq Rusiyada bəzi ekspertlər, hərbi blogerlər Azərbaycanı və ölkə rəhbərliyini hədəfə alırlar. Bu, tamamilə yolverilməzdir. Çünki həqiqəti hər kəs bilir və istintaq sirri olduğu üçün bu barədə danışmaq doğru deyil. Lakin bu qaydaları pozan bəzi şəxslərə də rast gəlinir. Hesab edirəm ki, bu prosesə kifayət qədər obyektiv, Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə məntiqi cavab verilməlidir. Çünki Rusiya Prezidenti dekabrın 28-də Azərbaycan Prezidentinə zəng edərək üzrxahlıq etdi. Bundan sonra müvafiq addımların atılması önəmlidir. Yəni, məsələnin yalnız bu səviyyədə qalması, eyni zamanda həqiqəti ört-basdır etmək üçün cəhdlər münasibətlərə zərbə vurur. Bir hadisəyə görə ikitərəfli münasibətləri bu cür zərbə altında qoymaq olmaz. Mehriban qonşuluq siyasəti, eyni zamanda, 2022-ci il fevralın 22-də Moskvada imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ruhundan irəli gələn addımlara böyük ehtiyac var”.

Politoloq təəssüflə bildirdi ki, biz hazırda bunu görmürük. Rusiya daxilində müxtəlif qüvvələr iki ölkə arasında münasibətlərə zərbə vurmağa çalışırlar. Onlar müxtəlif manevrlər edir, açıqlamalar verirlər. Eyni zamanda, ikitərəfli münasibətlərə zərbə vura biləcək fərziyyələr irəli sürürlər: “Bütün bunlar aradan qaldırılmalıdır. Bu əsassız yanaşmalara son qoymaq mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, burada açıq şəkildə müxtəlif versiyaların irəli sürülməsi, yəni təyyarənin quş dəstəsi ilə toqquşması, yaxud oksigen balonunun partlaması kimi cəfəng versiyaların genişləndirilməsi, bu ölkəmizi qane etməyəcək. Bu, həm də ikitərəfli münasibətlərə zərbə vura bilər. Hələ ki, proses yekunlaşmayıb. Amma kifayət qədər vaxt keçib. Bu müddət münasibətləri test etmək üçün də bir imkandır. Rusiya bu fürsəti əldən buraxmamalıdır. Çünki hazırda bütün dünyada çox həssas geopolitik durum müşahidə olunmaqdadır. Bu durumda dövlətlər yalnız dost, tərəfdaş tapmağa çalışırlar. Münasibətlərə zərbə vurmaq, əlbəttə, heç bir tərəfin maraqlarına uyğun deyil”.

Səxavət HƏMİD 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see594

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see569

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see566

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see481

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see442

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see377

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see377

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see368

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see336

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see326

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see324

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see321

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see314

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see310

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see309

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see300

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see300

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see289

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri