“James Webb” teleskopu yad planetin ulduzun içərisində “ölməsi ni qeydə alıb
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni kəşflərə imza atan NASA-nın “James Webb” kosmik teleskopu yad planetin ulduzun içərisində “ölməsi"ni qeydə alıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, 2020-ci ilin may ayında astronomlar ilk dəfə bir planetin öz ulduzu tərəfindən udulması prosesini müşahidə ediblər. Həmin məlumatlara əsaslanaraq, ulduzun ömrünün sonlarında şişərək qırmızı nəhəngə çevrilən planeti absorbsiya etməsi sensasiya kimi qəbul edilirdi. Amma “James Webb” kosmik teleskopunun yeni müşahidələri - bir növ postmortem müayinə planetin məhvinin təfərrüatlarını daha dəqiq göstərir. Tədqiqatçıların fikrincə, ulduzun planetə yaxınlaşması əvəzinə, planetin ulduza doğru hərəkəti fəlakətli nəticələrə səbəb olub. Belə ki, zamanla bu yad planetin orbitini aşınıb və sonra onun ölümü ilə nəticələnib.
“James Webb” tərəfindən sənədləşdirilən nəticələrin sübut etdiyi kimi, planetin sonu olduqca dramatik olub. 2021-ci ildə buraxılan və 2022-ci ildə fəaliyyətə başlayan teleskop hadisədən sonra ulduzun ətrafında halqa əmələ gətirən isti qazın və soyuq toz buludunun genişlənməsi prosesini müşahidə edib.
ABŞ Milli Elm Fondu “NOIRLab” laboratoriyasının astronomu Rayn Lau “Astrophysical Journal” nəşrində
dərc olunan tədqiqatı şərh edərək deyib: “Biz bilirik ki, planet məhvə doğru getdiyi zaman qovulan ulduzdan kifayət qədər miqdarda material əldə olunur. Bundan sonrakı sübut ev sahibi ulduzdan atılan bu tozlu qalıq materialıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 14 Aprel 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















