Jorj Kaşkilya texniki məğlubiyyət barədə: Həmin hadisə oyunçuların səhvi deyildi
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
"Məqsədimiz olduğu kimi qalır. Hər oyuna qələbə üçün çıxacağıq".
İdman.biz bildirir ki, bu sözləri baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə "Karvan-Yevlax" üzərində 3:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.
Kaşkilya ötən turdakı oyuna görə görə komandaya verilmiş texniki məğlubiyyətin onları yolundan döndərməyəcəyini bildirib: "Həmin hadisə oyunçuların səhvi deyildi. Bir gecə bunu düşündük. Ertəsi gün məşqdə futbolçuları bu oyuna kökləyə bildik. Gördüyünüz kimi məşqləər öz bəhrəsini verdi və bu gün istədiiyimiz nəticəni gördük".
Xatırladaq ki, AFFA İntizam Komitəsi "İmişli" klubuna texniki məğlubiyyət (0:3) verib.
Buna Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununun 67-ci dəqiqəsində "İmişli" komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması səbəb olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 000 manat cərimələnib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 19 Sentyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















