Joze Mourinyo: “Bu, artıq mənim yox, onların problemidir
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Benfika"nın baş məşqçisi Joze Mourinyo karyerasının necə qarşılandığı və son illərdəki nailiyyətlərinin necə qiymətləndirildiyi barədə danışıb. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bununla bağlı "A Bola"ya açıqlama verib:
"Tarix yazmayıb yeganə yer "Fənərbaxça" oldu. Amma o klubun reallığı mənim öyrəşdiyim standartlardan bir az fərqli idi.
Son vaxtlar mənə daha çox deyirlər ki, əvvəlkindən daha az kubok qazanıram. Bu doğru ola bilər. Bəs son beş ildə neçə məşqçinin komandası avrokubokların finalına yüksəlib? Düşünürəm ki, çox deyil - bəlkə iki və ya üç. Mən bunu etdim.
Mən tez-tez indiki vəziyyətimə görə deyil, keçmişdə qazandığım titullara görə mühakimə olunuram. Bu, artıq mənim yox, onların problemidir".
Qeyd edək ki, Joze Mourinyonun son olaraq 2022-ci ildə "Roma" ilə UEFA Konfrans Liqasının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 Sentyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















