Icma.az
close
up
RU
“Paşinyan bir şeyi unudur” Ermənistanın silahlanma planına sərt CAVAB

“Paşinyan bir şeyi unudur” Ermənistanın silahlanma planına sərt CAVAB

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin 2031-ci ilə qədər imzalanacağı ilə bağlı səsləndirdiyi fikirlər bir neçə səbəblə əlaqəli ola bilər. Bunlar, əsasən, xarici qüvvələrin Ermənistana təsiri ilə bağlı ola bilər. Çünki hazırda Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasını istəməyən iki mühüm ölkə var və onların hər ikisinin Ermənistan üzərində ciddi təzyiq rıçaqları mövcuddur. Bu ölkələrdən biri İran, digəri isə Rusiyadır".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, İran da, Rusiya da hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh əldə olunarsa, hər iki ölkənin həm Azərbaycana, həm də Ermənistana təzyiq göstərmək imkanları əllərindən çıxa bilər:

"Görünür, Paşinyan nə İranla, nə də Rusiya ilə münasibətləri daha da gərginləşdirərək Ermənistanda dövlət çevrilişinin baş verməsini istəyir. Paşinyan hakimiyyətini 2031-ci ilə qədər davam etdirmək niyyətində olduğu üçün belə bir tarix müəyyənləşdirir. Bir növ, bu vasitə ilə İranın və Rusiyanın təzyiqlərini neytrallaşdırır. Yəni deyir ki, narahat olmayın, 2031-ci ilə qədər hələ ki, sülh olmayacaq".

Millət vəkili digər səbəbin də bu ola biləcəyini bildirdi:

"Paşinyan artıq Amerika Birləşmiş Ştatları ilə TRIPP marşrutu ilə bağlı saziş imzaladıqdan və həmin sazişdə Zəngəzur dəhlizinin tranzit marşrutu kimi Ermənistanın ərazi bütövlüyü və ya yurisdiksiyası çərçivəsində olduğu qeyd edildikdən sonra Azərbaycanla Ermənistan arasındakı sərhəd boyunca hər hansı təhlükənin yarana bilməyəcəyini düşünür. Çünki nəticə etibarilə burada ABŞ-nin bir növ qeyri-rəsmi təminatçılığı var. Yəni ABŞ artıq Zəngəzur boyunca Ermənistan-Azərbaycan sərhədinin Zəngəzur dəhlizinə aid hissəsini Ermənistan ərazisi kimi konkret olaraq bir müqavilədə tanımış olur. Bu, Paşinyanı cəsarətləndirə və erməni xisləti sindromunun nəticəsi olaraq belə bir bəyanat verməsinə səbəb ola bilər".

Müsahibimiz əlavə etdi ki, Ermənistan çox ciddi şəkildə hücum silahları əldə etməyə başlayıb:

"Ermənistan həmin müddətə qədər bir qədər güclənərək Azərbaycanla özünə daha uyğun şərtlərdə sülh müqaviləsi bağlaya bilər. Bu mülahizələrin hər birinin belə bir bəyanatın verilməsinə səbəb olması mümkündür. Bütün bunlar Ermənistanın Baş nazirinin belə bir fikir səsləndirməsinə əsas vermiş ola bilər".

H.Babaoğlu hesab edir ki, burada tamamilə fərqli bir məqsəd də ola bilər:

"Paşinyan bütün bu təzyiq vasitələrindən kənarda qalaraq gizlicə sülh müqaviləsini hazırlaya və birdən-birə Azərbaycanla sülh müqaviləsini imzalamaqla təzyiq göstərən tərəfləri fakt qarşısında qoya bilər. Bütün bunların hər biri mümkündür. Ancaq mənə elə gəlir ki, bu, o qədər də ağıllı gediş deyil. Çünki nəticə etibarilə sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik etmək lazımdır. Bu isə yalnız referendum vasitəsilə mümkündür. Belə olan halda, referendum keçiriləcəksə, deməli, artıq hər kəs Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırlaşdığını başa düşəcək. Ona görə də irəli sürdüyümüz mülahizələri təhlil etdikdən sonra belə nəticəyə gəlmək olar ki, Ermənistan tələsmək lazım olmadığını düşünür. Paşinyan onsuz da bilir ki, 2031-ci ilə qədər hakimiyyətdə qalacaq. O, bir qədər silah əldə edib gücləndikdən sonra fərqli gündəmlə, fərqli sülh gündəmi ilə yenidən Azərbaycanla əlaqələr qurmaq niyyətinə düşə bilər".

Siyasətçi vurğuladı ki, Paşinyan bir şeyi unudur: Ermənistan silahlandıqca Azərbaycan ondan daha çox silah əldə edir.

"Ermənistan silahlanma yarışında Azərbaycanla rəqabət apara bilməz. Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının qurultayında deyirdi ki, biz düşməndən ən azı 10 dəfə güclü olmalıyıq. Bunu müharibəni udmuş qalib bir lider deyirsə, deməli, dediklərini həyata keçirməyə də çalışır. Necə ki, biz bunu 44 günlük müharibədə gördük.

Amma başqa bir məsələ də var. Azərbaycan, əlbəttə ki, ticarət əlaqələrini, energetika əməkdaşlığı ilə bağlı hazırlanan əlaqələri və dəmir yolu kommunikasiyalarını yenidən dayandıra bilər. Belə olan halda, Paşinyanın hesabı düz gəlməz. Ona görə də düşünürəm ki, bu, riskli bəyanatdır. Yaxşı olar ki, Paşinyan götürdüyü öhdəliyi yerinə yetirmək üçün təcili şəkildə referendum keçirərək Azərbaycanla sülh müqaviləsi imzalasın", - deyə deputat fikirlərini yekunlaşdırdı. 

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Oktyabr 2026 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri