Tək qolu ilə tikintiyə aid hər işi bacarır Video KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Çalışmaq lazımdır. İşləmək, həyatda mübarizə aparmaq lazımdır. Bu gün mən əlimi cibimə qoyum ki, mənə hardansa, kimsə pul verəcək? Yox, olmayacaq”.
KONKRET.az xəbər verir ki, bu sözləri Birinci Qarabağ Müharibəsi zamanı sol qolunu itirən Taleh Bəşirov deyib.
Onun 44 yaşı var, 16 yaşı olanda Qazaxda mina partlayışı zamanı qolunu itirib və hazırda dəmirçi işləyir.
O bildirib ki, ilk dəfə tikintiyə iş üçün yaxınlaşanda deyiblər ki, bir qolunla səni hara işə götürəcəklər:
“Dedim ki, 3 gün gəlim işləyim, bəyənməsəniz pulu sizdən götürməyəcəyəm. 2 nəfər fəhlə mənə çata bilmirdi. Qucaqlayıb məni dedi ki, sənə 2 şirvan yarım pul verəcəm. Həmin vaxt 1 fəhlə 1 şirvan yarım pul alırdı. O qədər sevindim ki. Bağ atmaqdan ötrü qolum üçün avadanlıq düşündüm. 2002-ci ildən dəmirçi işləyirəm. Tikintiyə aid olan hər işi bacarıram”.
Daha ətraflı Xəzər TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 19 Oktyabr 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















