Icma.az
close
up
RU
“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı müxtəlif kitabxanalara paylanılacaq

“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı müxtəlif kitabxanalara paylanılacaq

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 avqust, AZƏRTAC

Şəhidliyə qovuşandan sonra ötən dörd il ərzində hərbi jurnalist Məhərrəm İbrahimovun xatirəsinin əbədləşdirilməsi üçün çox işlər görülüb. Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə, oxuduğu 100 nömrəli tam orta məktəbin sinif otaqlarından birinə onun adı verilib, qəsəbədə yaşadığı evə xatirə lövhəsi vurulub, adı Azərbaycan Televiziyasının həyətindəki mərmər lövhədə peşə fəaliyyətini yerinə yetirərkən şəhid olan həmkarlarımızın sırasına yazılıb. 17 il çalışdığı Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın binasına barelyefi vurulub, xatirə guşəsi yaradılıb. Adına mükafatlar təsis edilib, turnir və yarışlar keçirilib. Yeni çapdan çıxan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən həmkarımızın xatirəsini əbədiləşdirən daha bir yadigardır.

AZƏRTAC xəbər verir ki, Axundzadə adına Mərkəzi Kitabxanada həmin kitabın kitabxanalara paylanılma kampaniyasında bu barədə danışılıb.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru professor Kərim Tahirov “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının Azərbaycan Əlifbası və Azərbaycan Dili Günündə keçirilməsinin xoş hadisə olduğunu bildirib. O, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Fərmanı ilə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizin mədəni həyatında və yazı mədəniyyətimiz tarixində mühüm əhəmiyyətli hadisə kimi dəyrləndirib, şəhid-jurnalistin həyat yolunu əks etdirən “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının Milli Kitabxananın saytı vasitəsilə 3 dildə təbliğ olunacağını qeyd edib.

Milli Məclisin deputatı Rizvan Nəbiyev erməni quldur birləşmələrinin mina terroru barədə bəhs edib və 2021-ci il iyunun 4-də peşə fəaliyyətini yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda şəhid olan hərbi jurnalist Məhərrəm İbrahimovun da mina partlayışının qurbanlarından biri olduğunu bildirib.

Qeyd olunub ki, kitabda Vətən müharibəsində qazanılan Zəfərdən sonra Ermənistanın müharibə cinayətləri, mülki əhalini hədəfə alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərinin dəhşətli mənzərəsi barədə dolğun materiallar, birbaş hadisə yerindən verilən reportajlar əks olunub.

Kitabın rəyçisi, texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynov, Əməkdar jurnalist Tahir Aydınoğlu, Real Televiziya kanalının əməkdaşı Kamran Qasımov, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Məmmədova və başqaları uzun müddət cəbhə bölgələrinə ezamiyyətlərdə olan, Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş bölgələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalistik fəaliyyətindən bəhs edən kitabın onun əməyinə verilən layiqli qiymət kimi xarakterizə ediblər.

Mərasimdə çıxış edən kitabın müəllifi, şəhid-jurnalistin qardaşı Əsgər İbrahimov iştirakçılara təşəkkür edib və “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabını Milli Kitabxananın direktoru Kərim Tahirova təqdim edib.

Sonra erməni qəddarlığı və mina terrorunun geniş ictimaiyyətə çatdırılması, hərbi jurnalistika üzrə ixtisaslaşan tələbə və gənclərin formalaşmasına xidmət etməkdə əsas təbliğat vasitələrindən olan kitabın nüsxələrinin müxtəlif kitabxanalara paylanılması üçün Milli Kitabxanaya verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri